Zinəddin Zidanın "Real"dan ayrılmasının əsas səbəbi müəyyənləşib.
Qol.az "Mirror"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis prezident Florentino Pereslə fikir ayrılıqlarına görə Madrid klubunu tərk edib. Bildirilib ki, Zidan Peresdən "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardın alınmasını istəyib. Ancaq "Kral klubu"nun rəhbəri bundan imtina edib. Üstəlik, Peres "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer etmək niyyətində olduğunu söyləyib. Amma Zidan əsas qapıçı Keylor Navasdan razı olduğunu deyib. Xatırladaq ki, Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub. Zidan mayın 31-i istefa verdiyini açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?