GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Mundialda qırğın bu gün başlayır – mühüm qarşıdurmalar

Mundialda qırğın bu gün başlayır – mühüm qarşıdurmalar

Tarix: 25-06-2018, 11:31 Bölmə :İdman Baxış: 720
Mundialda qırğın bu gün başlayır – mühüm qarşıdurmalar


Rusiya və Uruqvay qrupda birinci yerin taleyini həll edəcək; İran-Portuqaliya oyunu qrupu alt-üst edə bilər...

Bu gün futbol üzrə dünya çempionatında qrup mərhələsinin son oyunları başlayır. Məlumdur ki, qaydalara görə, qrup mərhələsinin son tur oyunları eyni vaxtda başlayacaq.

Rusiya-Uruqvay: heç-heçə, yoxsa...

Bu gün A qrupunda saat 18:00-da başlayacaq oyunların xüsusi intriqası yoxdur. Ev sahibləri olan Rusiya ötən turda Misir millisinə 3:1 qalib gələrək 6 xalla növbəti mərhələyə yüksəliblər. Rusiyanın bugünkü rəqibi Uruqvay da Səudiyyə Ərəbistanını 1:0 hesabı ilə yenərək 6 xalla “pley-off”a ikinci vəsiqəni əldə edib. Rusiya və Uruqvay bu gün qrupda birinci yerin sahibini müəyyən etməlidir. Çünki qrupda ilk yeri tutan B qrupunun ikincisi ilə oynayacaq. 2-ci yerin sahibinin rəqibi isə B qrupunun lider olacaq.

Rusiya ilk dəfə əsl sınağa çəkilə bilər

Rusiya dünya çempionatının açılış matçında Səudiyyə millisinin qapısından 5 top, Misirə isə 3 qol vurub. Komanda qapısından cəmi 1 top buraxıb.

Bu gün hər hansı hesablı bərabərlik qeydə alınarsa, Rusiya qrup lideri olacaq. Çünki Uruqvayın aktivində cəmi 2 top var. Cənubi amerikalılar hər iki rəqibinin qapısından cəmi 2 top keçirib. Uruqvay ancaq qalib gələcəyi halda qrup lideri ola bilər. Qeyd edək ki, bu komandalar cəmi bir dəfə Moskvada yoldaşlıq görüşündə qarşılaşıblar. Oyun 1:1 hesabı ilə nəticələnib.

Rusiyanın iki oyunda böyük hesablı qalibiyyəti gözlənilməz olmadı. Misir də onların qarşısını kəsə bilmədi. Həmin oyun Misir millisinin çempionata istənilən səviyyədə hazırlaşmadığını göstərdi. Komandanın əsas qol ümudi Məhəmməd Salah ruslarla qarşıliaşmada meydana çıxsa da, gücü yalnız 11 metrlik cərimə zərbəsindən bir qol vurmağa yetdi.

Mətbuatda belə xəbərlər vardı ki, Salah yığmanın zəif hazırlığlnda Misir Futbol Federasiyasını suçlayıb. O deyib ki, federasiya komandanın mundiala hazırlıq məşqlərini şouya çevirib, varlı ərəblərin, şou ulduzlarını stadiona buraxaraq oyunçuların hazırlığına mane olub. Amma indən sonra bu kimi bəhanələrin nə faydası?

Bu gün həm Misir və onların rəqibləri olan Səudiyyə millisi üçün mindial həyəcanı bitmişdi. İndən sonra vətənlərinə qayıdıb şoularda iştirak edə bilərlər.

Yenə Rusiya oyununa qayıdaq. Rusiya ikinci turda da yaxşı oyun sərgilədi. Rusların heç SSRİ dövründən futboluna (hokkey istisnadır) azarkeşlik etməmişəm. Ədalət naminə deyək ki, hər iki oyunda qonşu ölkə komandası sürətli oyun nümayiş etdirdi. Hiss olunur ki, yığma komandada təkcə “dumanlı rus başı” işləmir. Məlumatlara görə, Rusiya millisinə son ilyarımda Avropadan ən yaxşı fiziki və taktiki hazırlıq üzrə mütəxəssilər dəvət ediblər.

Uruqvayı səviyyə etibarilə Rusiyanın sıradan çıxardığı iki ərəb ölkəsi komandası ilə müqayisə etmək olmaz. FİFA-nın reytinq cədvəlində Uruqvay 14-cü yerdə qərarlaşıb, Rusiya isə 70-ci yerdədir. Rusiya bu mundialda ilk dəfə futbolu daha yaxşı oynamağı bacaran rəqiblə qarşılaşacaq.

İkiqat dünya çempionu Uruqvayın, təəssüf ki, hələ gözlənilən oyunları alınmır. Hər iki oyunda minimal hesabla qələbə uruqvaylıların yaxşı formada olmadığını göstərir. Hücum xəttində ən güclü futbolçuları - Suares və Kavano ilə Uruqvay rəqib qapısına zorla yol tapa bilir, ötürmələrdə səhvlər çoxdu, fiziki hazırlıq da bır sıra komandalarla müqayisədə geri qalır. Yəni FİFA reytinqinə baxmayaraq, Rusiya və Uruqvay qarşılaşması bərabər səviyyəli komandaların sınağıdır. Bir neçə il əvvəl isə Uruqvay adı gələndə Rusiya da daxil, bəzi komandaların canına vəlvələ düşərdi yəqin. Bu, həm də o anlama gəlir ki, müasir futbol yerində saymağı, oyunu keçmiş uğurlarla arxayınlaşmağı qəbul etmir.

Rusiya və Uruqvay bu gün sülhlə ayrıla bilərlər, məşqçilər də yəqin “pley-off” ərəfəsi zədələrdən yayınmaq, əsas oyunçuları qorumaq üçün hücum futboluna meyllənməyə bilərlər. Amma Rusiya maksimim xalı qazanmaq, Uruqvay əvvəlki təhlükəli rəqib imicini saxlamaq üçün meydanda bizim gözləmədiyimiz oyun da nümayiş etdirə bilər.

Qeyd edək ki, bu qrupun birincisi B qrupunda ikinci yeri tutan komanda ilə oynayacaq. Bir az irəli gedərək, deyə bilərik ki, bu, İran da ola bilər, Portuqaliya da, İspaniya da...

Misir və Səudiyyə Ərəbistanı evə gedir

Bu qrupda eyni vaxtda keçirilən Misir-Səudiyyə Ərəbistanı görüşü isə yalnız bu komandaların azarkeşləri üçün maraqlı ola bilər. Hər halda, ərəb ölkələri təmsilçiləri üçün bu mundialda son oyun olduğundan qalib gəlmək üçün meydana çıxacaqlar. Misir zəif çıxış etsə də, Səudiyyə Ərəbistanı ilə müqayisədə daha təcrübəli futbol oynayır. Bu komandalar indiyədək 6 dəfə qarşılaşıblar. Onların 4-də Misir, 1 görüşdə isə səudiyyəlilər üstün olub. Təəssüf ki, Misirin əsas forvardı Məhəmməd Salah zədə səbəbindən bu mundialda özünü göstərə bilmədi. Bugünkü oyunda onu heyətdə olub- olmayacağı dəqiq deyil. Prinsipcə, bu az əhəmiyyətlidir.

İran, Portuqaliyanı evə göndər...

Bu gün saat 22:00-da B qrupunda da son turun oyunları keçiriləcək. Əgər A qrupunda hər şey aydın olsa da, bu qrupda Mərakeşdən başqa üç komandanın “pley-off”a çıxmaq şansı var. Bu gün aktivində 3 xalı olan İran, 4 xalla lider olan Portuqaliya ilə qarşılaşır. Portuqaliyanı heç-heçə təmin edir. İrana isə mütləq qələbə lazımdır. Çünki bu qrupun autsayderi Mərakeş bu gün İspaniya ilə qarşılaşır. İspaniya da “pley-off”u qaranti altına almaq üçün qalib gəlmələdir.

İran və Portuqaliya indiyədək iki dəfə qarşılaşıblar. Bu görüşlərin biri uzaq 1972-ci ildə Müstəqil Braziliya Kubokunda olub. Portuqallar 3:0 hesabı ilə qalib olub. 2006-cı il mundialında isə onlar bir qrupda yer alıb. Avropa təmsilçiləri bu dəfə də qalib olublar - 2:0.

İran bu mundialda keçirdiyi iki görüşdə əzmkar oyun nümayiş etdirdi. Onların Avropanın nəhəng komandası İspaniya ilə başa-baş oynaması da qeyd edilməlidir. Son Avropa çempionu Portuqaliya qrup mərhələsində 2 il əvvəlkindən daha yaxşı oynayır. KriRo mundialda qolları sıralayır. Komandanın vurduğu 4 qolun müəllifi olan forvard bugünkü oyunun da taleyini həll edə bilər. Amma İran da bu tarixi şansı öz xeyrinə dəyişmək istəyir. Yada salaq ki, 2011-ci ildən İran millisini çalışdıran Karluş Keyruş bundan əvvəl Portuqaliya millisini çalışdırıb. İran bu gün Keyrun strategiyası nəticəsində Portuqaliyanı mübarizədən kənarlaşdıra bilsə, “pley-off”dakı oyunlarınn nəticəsindən asılı olmayaraq, mundialın qəhrəmanları ola bilərlər.

Bu gün mən İranın qələbəsini çox arzulayıram. Mundial başlayanda “bəlkə, İrana azarkeşlik edək” deyə, bir replika yazmışdım. O gün bu gün imiş... İran Portuqaliyanı evə göndərərsə, mundial cazibəsini itirməyəcək...

İspaniya risk altında

Mərakeş və İspaniya ile ilgili görsel sonucu

Mərakeş və İspaniya milliləri ötən əsrin 60-cı illərində iki dəfə qarşılaşıblar. 1962-ci ildə Qitələrarası kubok uğrunda komandalar iki dəfə üz-üzə gəliblər. Hər iki görüşdə İspaniya(2:0, 2:3) qalib gəlib.

Mərakeş “pley-off” şansını itirib, amma Rusiyaya gələn minlərlə azarkeşini məyus etməmək üçün mübarizə aparacaqlar. Yada salaq ki, Mərakeş hər iki oyunda minimal hesabla uduzub və onlar erkən evə gedirlər. Mərakeş həm hücumda, həm də müdafiədə baxımlı oyun göstərdilər. Amma komandanın bir çox qol vəziyyətlərini reallaşdıra bilmədi. İranla oyunun son dəqiqəsində avtoqol olmasaydı, Afrika təmsilçiləri mundialda autsayderlər sırasına düşməyə də bilərdi.

İspaniya xüsusilə İranla oyunda yenə də “tiki-taka” stilində oynamağa meyilləndi. Topa nəzarət üçün qısa ötürmələrdən ibarət bu stil nə qədər tənqid edilsə də, İspaniya bundan imtina etmir. İspaniya Mərakeşlə oyunda qələbə qazanmalıdır. Çünki İran Portuqaliyanı udarsa, Mərakeş onları məğlub edərsə, növbəti mərhələyə yenə Portuqaliya çıxa bilər. Nəzəri olaraq, bütün variantlar mümkündür. Portuqaliya və İspaniya heç- heçə oynadığı üçün vurulan və buraxılan qollar əsas götürüləcək. İranın heç-heçə, İspaniyanın uduzacağı halda isə 4 xalı olan Avropa təmsilçiləri ikinci yeri onlar tutacaqlar. Saat 22:00-da eyni vaxtda başlayacaq qarşılaşmalar bizə çox həyəcanlı dəqiqələr vəd efir.

Dünya çempionatının əsl həyəcanı, daha doğrusu, qırğın indi başlayır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünya çempionatının finalında onları da görəcəyik - YENİLƏNİB

    Dünya çempionatının finalında onları da görəcəyik ...

    18-06-2013, 20:06

  • 
  • Çempionlar Liqası: qrup mərhələsinin oyunları başlayır

    Çempionlar Liqası: qrup mərhələsinin oyunları ...

    16-09-2014, 11:21

  • 
  • Dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb

    Dünya çempionatının pley-off mərhələsinin püşkü ...

    21-10-2013, 17:31

  • 
  • Futbol millimiz Ermənistanla eyni qrupda

    Futbol millimiz Ermənistanla eyni qrupda ...

    28-11-2013, 15:30

  • 
  • Dünya Çempionatının püşkü atıldı

    Dünya Çempionatının püşkü atıldı ...

    3-12-2013, 23:56


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu