GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Rusiya üçün son xor, yoxsa Xorvatiya üçün “Tamburini”

Rusiya üçün son xor, yoxsa Xorvatiya üçün “Tamburini”

Tarix: 7-07-2018, 12:37 Bölmə :İdman Baxış: 731
Rusiya üçün son xor, yoxsa Xorvatiya üçün “Tamburini”


Xorvatiya millisi bu axşam meydan sahiblərinə uduzarsa, azarkeşləri onları asan bağışlamayacaq...

Rusiyada keçirilən XXI dünya çempionatında bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək. Saat 18:00-da İsveç millisi İngiltərə, saat 22:00-da isə ev sahibləri Rusiya Xorvatiya millisi ilə qarşı-qarşıya gələcəklər.

İsveç və İngiltərə indiyədək müxtəlif turnirlərdə 23 dəfə qarşılaşıblar. Bu görüşlərdə həm İsveç, həm ingilislər hərəyə 7 dəfə qalib gəliblər, 9 oyunda isə qalib müəyyənləşməyib. Bu komandalar mundiallar tarixində yalnız bir dəfə-2002-ci il Yaponiya və Cənubi Koreyada düzənlənən DÇ bir qrupda mübarizə aparıblar. Həmin görüşdə oyun sülhlə bitib: 1:1. Sonuncu dəfə komandalar 2012-ci ildə Avropa çempionatında bir qrupda mübarizə aparıblar. Həmin görüşdə ingilislər 3:2 hesablı qələbə qazanıblar.

İsveç məlumdur ki, mudiallarda cəmi bir dəfə, 1958-ci ildə ikincilik qazanıblar. İsveç finalda Braziliyaya 2:5 uduzub.

Yan Anderssonun rəhbərlik etdiyi millinin Rusiyada uğurlu çıxış edə biləcəyi hələ qrup mərhələsi başlayanda deyilirdi. Bu komandanın həm seçmə mərhələdə, həm DÇ-də keçirdiyi oyunları yada salanda heyrət edirsən. Fransa və Hollandiya ilə bir qrupda seçmə mərhələdə olub. Seçmə mərhələnin sonunda Hollandiyanı üstləyərək qrupda ikinci olub. DÇ gəlmək üçün “pley-off”da İtaliyanı mübarizədən kənarda qoyub. Mundialda Almaniya kimi son dünya çempionu ilə bir qrupa düşüb. İndi isə daha bir adlı-sanlı komanda ilə üz-üzə gəlir. Fransa, Hollandiya, İtaliya, Almaniya və İngiltərə. Maraqlıdır deyilmi? Bura qrup mərhələsində böyük hesabla qalib gəldiyi təcrübəli Meksikanı da əlavə edə bilərik, 1/8-də mübarizədən kənar qoyduğu İsveçrəni də. Futbol mütəxəssislərinin dediyinə görə, Zlatan İbrahimoviç komandadan getdikdən sonra İsveç daha monolit komandaya çevrilib.

8 güclü komanda sırasına düşmək artıq uğurdur, amma Skandinaviya təmsilçiləri dayanmaq fikrində deyillər. İngilislər 1/8 mərhələdə qarşılaşdıqları Kolumbiyadan daha yaxşı komandadır. Onların qapısına əsas vaxtda cəmi bir top vursalar da, Kolumbiyaya penaltidə uduzub evə qayıtmaları ədalətsiz olardı. İngilislər publika üçün oynamayan komandadır, yəni yaraşıqlı oynamırlar, onlar üçün əsas nəticədir. İngiltərə yeganə komandadır ki, heyətində bir nəfər də olsun legioner yoxdur. Futbolçular hamısı Premyer Liqa klublarından cəlb olunub. Komandada gənclər -"təzə qan" var. İngilislər Kolumbiya ilə oyunun sonunda penaltilərdən evə getmək kimi illərin lənətindən xilas oldular. Son üç mundialda penaltilərdə uduzan komandanın tilsimi qırması yaxşı əlamət hesab olunur. Mundialın ən sərrast oyunçusu da hələ ki ingilis Harri Keyndir. Əslində komandanın lideridir elə “Tottenhemin”in forvardıdır.

Statistika göstərir ki, bu komandaların qarşılaşdıqları görüşlərdə yüz faiz favorit yoxdur, şanslar yarıbayarıdır. İsveçin yaxşı müdafiəsi, ingilislərin qol vura bilən futbolçuları var. İngilislər bu dəfə şansını penaltilərə etibar etməməlidir. İrəli getmək istəyirlərsə, erkən qol vurmağa çalışmalıdır. Bu gün standart vəziyyətlərdən kimin daha hazırlıqlı olması da görüşün taleyini həll edə bilər. “İkinci mərtəbədə” təkcə ingilislər deyil, ucaboy İsveç də yaxşı oynayır...

Bu ruslar ki, var..
Rusiya və Xorvatiya indiyədək cəmi 3 dəfə qarşılaşıblar. Bu oyunların 2-si Avropa çempionatının seçmə mərhələsində olub. Hər iki oyun qolsuz bərabərliklə bitib. Sonuncu dəfə isə 2015-ci ildə Rusiyada yoldaşlıq görüşü olub. Xorvatlar həmin qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Rusiya mundial ərəfəsi ən çox tənqid edilən komandalar sırasında idi. Stanislav Çerçesovun rəhbərlik etdiyi milli komanda yoldaşlıq görüşlərində gücünü sınayardı və hər dəfə ölkə mətbuatında tənqidlərlə üzləşirdi. Amma mundialda Rusiya daha yaxşı komanda təsiri bağışlayır. İndi o tənqidlər də unudulub və bir eyforiya, komandaya inam havası yaranıb. Özlərinə “Messi”, “Ronaldo” və Akinfeyevin timsalında Lev Yaşin tapıblar.

Bu, əlbəttə ki, yaxşı haldır. Özgənin futbolçusunu kumir edincə, öz milli komandandakı oyunçularla fəxr et. Ruslar hələ ki bu havadadırlar. Bu gün Rusiya uduzsa belə komanda maksimum proqramı yerinə yetirmiş olduğundan sərt tənqidlər olmayacaq. Ruslar komandasından razı qalmalıdırlar. Pis nəticə göstərmədilər, azarkeşlərin ürəyini qürurlandırdılar, İspaniyanı mübarizədən kənarlaşdırdılar, “ruslar futbol oynaya bilmir” kimi streotipdən qurtuldular. Yəni təbliğata və niyə də “yarımfinala düşməyək” istəklərinə baxmayaraq, bu axşam Xorvatiyaya uduzsalar belə, alqışlanacaqlar. Ev sahibi kimi nə bacardılarsa etdilər.

Rusiya xorvatiya DÇ 2018 ile ilgili görsel sonucu

Amma Xorvatiya uduzarsa, azarkeşləri onları asan bağışlamayacaq. Heyəti tam bir ulduz kolleksiyası olan Xorvatiya Danimarka ilə qarşılaşmada özünü çox çətinə saldı. Qrup mərhələsində maksimum xal qazanan xorvatlar(9 xal) Danimarkanı penaltilərlə keçə bildi. Xorvatiya bu son oyunla ürəyimizə “xal” saldı. Bu səbəbdən Xorvatiya bu gün özünə qayıtmasa, meydanın atmosferindən özünü qorumasa, yarımfinal çətin olacaq. Rusiya üçün son xor, yoxsa Xorvatiya üçün “Tamburini” çalınacağını bir neçə saatdan sonra biləcəyik...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kolumbiya üçün “ölüm-qalım” oyunu

    Kolumbiya üçün “ölüm-qalım” oyunu ...

    3-07-2018, 11:26

  • 
  • Belçika 3 qolla qalib gəldi, Tunis İngiltərəyə qarşı

    Belçika 3 qolla qalib gəldi, Tunis İngiltərəyə ...

    18-06-2018, 21:54

  • 
  • Futbol üzrə U-20 dünya çempionatının qalibi müəyyənləşib

    Futbol üzrə U-20 dünya çempionatının qalibi ...

    11-06-2017, 22:45

  • 
  • Dünya çempionatında iştirak edəcək komandalar bəlli oldu

    Dünya çempionatında iştirak edəcək komandalar ...

    20-11-2013, 12:55

  • 
  • AVRO-2016: Avropa çempionları uduzdu

    AVRO-2016: Avropa çempionları uduzdu ...

    10-10-2014, 09:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu