GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Bəs sən onda harada gizlənmişdin, Qabil Məmmədov?

Bəs sən onda harada gizlənmişdin, Qabil Məmmədov?

Tarix: 28-01-2020, 18:16 Bölmə :İdman Baxış: 1 371
Bəs sən onda harada gizlənmişdin, Qabil Məmmədov?


Azərbaycanda parlament seçkilərinin təşviqat mərhələsi davam edir. Müşahidələr prosesin rəvan və qalmaqalsız keçdiyini göstərir. Xalq arasında nüfuzu olan insanlar imza toplayıblar, namizədlikləri qeydə alınıb və seçki kampaniyasını davam etdirirlər. Elə Mərkəzi Seçki Komissiyası (MSK) da prosesdə ciddi qanun pozuntularının qeydə alınmadığını açıqlayıb.

Amma bir neçə nəfər var ki, ölkədəki seçki prosesinə kölgə salmağa cəhd edirlər. Düzdür, onların bu cəhdi heç bir nəticə verən deyil, çünki növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan geniş islahatların tərkib hissəsidir.

Seçki kampaniyasına kölgə salmağa cəhd edənlərdən biri də ehtiyatda olan general-mayor Qabil Məmmədovdu. Tərcümeyi-halına diqqət yetirəndə məlum olur ki, o 1995-ci ildən Azərbaycan Ordusunda xidmət edib.

Nəzərə alaq ki, 1988-ci ildən Ermənistanın və Dağlıq Qarabağdakı erməni separatçılarının Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başlayıb, azərbaycanlılar doğma yurd-yuvalarından didərgin salınıblar. Belə bir vəziyyətdə hərb sənətindən bilgisi olan, əyninə hərbçi paltarı geyən bütün azərbaycanlılar müxtəlif ölkələrdən Vətənə qayıdaraq cəbhəyə yollanırdılar. Onların bəziləri yüksək vəzifələrindən, bir qismi yaxşı şəraitindən imtina edib geri dönürdülər, digərləri təhsilini yarıda dayandırıb Azərbaycana qayıdırdılar.

Həmin dövrdə Qabil Məmmədov nə edirdi? O, Moskvada M.B.Frunze adına Hərbi Akademiyanın isti auditoryalarında oturub gələcək karyerası haqqında düşünürdü. Cəbhədə gedən döyüşlər, düşmənin hərbi təcüvüzü, Azərbaycan torpaqlarının işğal olunması bu gələcək generalın heç vecinə də deyildi.

Bəs Qabil Məmmədovun tərcümey-halındakı 1995-ci ilə niyə diqqət etməliyik? Çünki 1994-cü ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb. Hətta buna baxmayaraq Q.Məmmədov Azərbaycana dönməyə tələsməyib. O, gözləyib cəbhədə silahlar müvəqqəti susandan, döyüşlər tam dayanandan sonra geri qayıdıb.

Vətənin dar günündə Moskvada oturan Q.Məmmədov vəzifə karyerasında ildırım sürəti ilə yüksəlib. Elə hərbi rütbəni də o formada alıb. Azərbaycan Ordusunda cəmi 7 il xidmət edəndən sonra general-mayor rütbəsinə yiyələnib. Amma görünür ona himayadarlıq edənlər də bir müddət sonra səhv etdiklərini anlayıblar. O, general-mayor rütbəsi alandan cəmi iki il sonra korpus komandirliyindən azad olunub.

İndi isə Qabil Məmmədov yeni ampulada meydana çıxıb və 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyini verib. Əslində burada bir qəbahət yoxdur. Çünki Azərbaycanın digər vətəndaşları kimi ehtiyatda olan general-mayor da Milli Məclisin üzvlüyünə namizəd ola bilər. Amma ehtiyatda olan general-mayorun açıqlamalarından aydın olur ki, onun niyyəti heç də seçkiyə qatılıb, namizəd kimi mübarizə aparmaq deyil. Q.Məmmədov ölkədə islahatlar aparıldığı bu dönəmdə cəmiyyətdə formalaşan pozitiv gözləntilərə kölgə salmağa cəhd edir.

Onun son günlər ortaya qoyduğu mövqe islahatların aparıldığı bir dövrdə seçki kampaniyasına kölgə salmaq üçün dəridən qabıqdan çıxmasıdır.

Q.Məmmədov deputatlığa namizədliyini irəli sürüb. Amma lazım olan cəmi 450, təkrar edirik 450 imzanı toplaya bilmədiyinə görə qeydə alınmayıb. İndi o, iddia edir ki, güya bu qərar qanunsuzdur. Güya onun Lənkəranda böyük nüfuzu var, ona görə də namizədliyi qeydə alınmayıb. Adama deyərlər ki, əgər elə hörmətlisənsə niyə 450 imzanı toplaya bilməmisən?
Hətta radikal müxalifət də parlament seçkisi kampaniyasının qanunvericiliyə uyğun formada getdiyini, namizədlərin maneəsiz imza topladıqlarını və qeydə alındıqlarını təsdiqləyir. Belə bir vəziyyətdə Q.Məmmədov hər gün bir əsasısz bəyanat verir, seçkiyə ləkə yaxmağa çalışır.

Görünür, Vətənin ağır günlərində Moskvada oturan, atəşkəs dövründə geri qayıdıb yağlı vəzifələrdə işləyən Q.Məmmədov elə bilir ki, ölkədəki bugünki sabitlik, əmin-amanlıq asan qazanılıb. Əgər o Azərbaycanın yaşadığı ağır günləri görsəydi, indiki vəziyyətin qədrini bilərdi.//Xəbərim.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ordusunun əfsanəvi generalı deputatlığa namizədliyini irəli sürdü

    Azərbaycan ordusunun əfsanəvi generalı ...

    15-12-2019, 16:33

  • 
  • MSK növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

    MSK növbədənkənar prezident seçkiləri ilə bağlı ...

    5-02-2018, 12:25

  • 
  • Azərbaycanda parlament seçkilərinin vaxtı açıqlanıb

    Azərbaycanda parlament seçkilərinin vaxtı ...

    28-08-2015, 20:02

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Bələdiyyə seçkilərinin ilkin nəticələri

    Bələdiyyə seçkilərinin ilkin nəticələri ...

    24-12-2019, 10:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
baccarat jogo
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu