Çinin Nankin şəhərində martda keçirilməli olan atletika üzrə dünya çempionatı ölkədə yayılan koronavirusla əlaqədar olaraq təxirə salınıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Ümumdünya Atletika Federasiyası qərar verib. Qərara əsasən, mundialın 2021-ci ilin martında keçirilməsi planlaşdırılıb.
Qurumdan bildirilib ki, dünya çempionatını 2021-ci ildə keçirmək üçün idmançılar, tərəfdaşlar və Nankinin Təşkilat Komitəsi ilə işlə danışıqlar, planlaşdırmalar aparılacaq. Lakin sözügedən yarışın başqa ölkələrdə keçirilməsini təklif edənlər də var.
Sorğu
Yeni dizaynımız necədir?