Dünya çempionlarımız – Hacı Əliyev və Rafael Ağayev məktəb açmaq istəyirlər.
Bu barədə idmançılar “Instagram”da açdıqları canlı yayım zamanı deyiblər.
Onlar bildiriblər ki, karyeralarını bitirdikdən sonra ikimərtəbəli məktəb açmaq niyyətindədirlər. Bunun bir mərtəbəsində güləş, digərində isə karate dərslərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Hacı Əliyevlə Rafael Ağayev həm də ötən il yaradılmış “Azərbaycan İdmançıları” İctimai Birliyinin rəhbərliyində təmsil olunurlar./oxu.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?