Azərbaycan Güləş Federasiyasının (AGF) yeni prezidenti müəyyənləşib.
Bu vəzifədən istefa vermiş sabiq vergilər naziri Fazil Məmmədovu Namiq Əliyev əvəzləyib.
Əliyev Məmmədovun rəhbərliyi dövründə I vitse-prezident kimi çalışıb, istefasından sonra isə federasiya prezidenti əvəzi olub.
Xəbəri "Report"a AGF-dən də təsdiqləyiblər.
Qeyd edək ki, Namiq Əliyev həm də Dünya Güləş Birliyinin büro üzvüdür. Fazil Məmmədov isə AGF-yə 2007-2018-ci illərdə rəhbərlik edib. O, hazırda Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarının prezidenti kimi qalır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?