Futbol üzrə İspaniya çempionatında VI turun oyunları keçirilir.
Dünən “Real” səfərdə “Elçe” üzərində olduqca çətin qələbə qazanıb - 2:1.
Hesabı 51-ci dəqiqədə “Kral klubu”nun portuqaliyalı super ulduzu Kriştiano Ronaldo cərimə zərbəsindən vurduğu gözəl qolla açıb. Matçın əsas vaxtına əlavə olunan 2-ci dəiqiədə Riçmond Boakye meydan sahiblərinin bərabərlik topunu vurub. Amma əzmkarlıq nümayiş etdirən “Real” 90+6-cı dəqiqədə Ronaldonun penaltidən vurduğu vacib qolla qələbə istəyinə çatıb.
Yada salaq ki, “Real”ın çempionluq yolunda əsas rəqibi olan “Barselona” hesabat turunda yerli azarkeşləri önündə “Real Sosyedad”ı darmadağın edib - 4:1. Azərbaycanlı iş adamı Hafiz Məmmədovun yatırım qoyduğu “Atletiko” da öz meydanında “Osasuna”dan üstün olub - 2:1. VI turdan sonra xal itirməyən “Barselona” və “Atletiko” 18 xalla turnir cədvəlində ilk pillələri tuturlar. Liderlərdən 2 xal geri qalan “Real” ilk üçlüyü qapayır
Sorğu
Yeni dizaynımız necədir?