İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun koronavirus testinin nəticəsi yenidən müsbət olub.
GundemXeber.Az xəbər verir ki, 35 yaşlı hücumçu karantində qalmağa davam edəcək.
Forvard UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İspaniya "Barselona"sı ilə 29 oktyabr görüşünü buraxacaq. Bunadək isə Turin təmsilçisi oktyabrın 25-də A Seriyası matçında "Verona"nı qəbul edəcək.
Qeyd edək ki, Kriştianu Ronalduda koronavirus oktyabrın 13-də aşkarlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?