GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Azərbaycan, yoxsa Albaniya millisi: De Byazi haqlıdırmı?

Azərbaycan, yoxsa Albaniya millisi: De Byazi haqlıdırmı?

Tarix: 7-12-2020, 10:57 Bölmə :İdman Baxış: 993
Azərbaycan, yoxsa Albaniya millisi: De Byazi haqlıdırmı?


Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığması barədə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

İtaliyalı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda başçılıq etdiyi milli 2016-cı ildə Avropa çempionatının final məhələsinə çıxardığı komandadan daha yaxşıdır. 63 yaşlı baş məşqçinin sözləri hətta Albaniyada da geniş müzakirə olunub. Yerli mətbuatın yazdığına görə, azarkeşlər De Byazinin fikirlərini narazılıqla qarşılayıblar.

Görəsən, təcrübəli mütəxəssis bunu yalnız futbolçularına motivasiya vermək üçün dilə gətirib, yoxsa həqiqətən belədir? Bununla bağlı "Report" araşdırma aparıb.

Vaqif Sadıqov: "Yeganə yığmayıq ki..."

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov hesab edir ki, De Byazi aparılan işlərin nəticəsi olaraq bu fikri səsləndirib: “Onun qarşısına qoyulan məqsədlər baxımından az müddətdə xeyli iş görülüb. Millətlər Liqası bu mütəxəssis üçün Azərbaycan futbolunun tam potensialı ilə tanış olmaq vəzifəsi daşıyırdı. Məqsəd milli komanda səviyyəsində olan oyunçuları və onun ən yaxın ehtiyat qüvvəsini müəyyənləşdirmək idi. Baş məşqçi ilk növbədə buna nail oldu. Bundan sonra həm indiki futbolçulara, həm də müasir futbolda gedən inkişaf tendensiyasına uyğun oyun modelini qurmağa başladı. Ayrı-ayrı matçlarda fərqli oyun üslublarının şahidi olduq. Oyun ərzində bəzi taktiki gedişləri dəyişirdi. De Byazi gəldiyi gündən daim axtarışda idi. Digər məsələ təbii ki, nəticədir. O, iki paralel amili birləşdirib nəticə əldə etmək istəyirdi. Baş məşqçi sadaladıqlarıma əsasən bu sözləri deyib”.

AFFA Məşqçilər Komitəsinə də başçılıq edən Sadıqov sadalanan proseslərin koronavirus pandemiyasının davam etdiyi çətin dövrdə getdiyini xatırladıb: “Nəzərə alaq ki, bir müddət öncə bütün dünyada futbol dayanmışdı, insanlar futbolsuz qalmışdı. Buna rəğmən, prosesə start verildi. De Byazi oyunçuları izləyib yığmaya çağırmaq imkanı qazandı. Səfərə çıxmazdan öncə geniş tərkibdə görüş oldu. Orada bütün yığmaların məşqçiləri, Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak etdi. İclasda xeyli məsələ müzakirə olundu. Hamımız bildirdik ki, futbolçularda inam psixologiyasını qaytarmaq çox vacibdir. Toplantıda neçə ildir Avropada uğurla çıxış edən “Qarabağ” nümunə göstərildi. Bu komanda bizim futbol oynamağı bacardığımızı illərdir beynəlxalq arenada sübut edir. Bundan irəli gələrək, inam psixologiyasını bərpa etmək və yaxşı komanda formalaşdırmaq olar. Baş məşqçi də oyunlarda məhz bu amilə fikir verir, komandaya qalibiyyət ruhu aşılamağa çalışırdı. Bunun nə dərəcədə alınıb-alınmaması tamamilə ayrı mövzudur. Bir şeyi başa düşməliyik ki, az müddətdə bütün amilləri birləşdirmək asan iş deyil. Bir tərəfdən, yığmaya yeni nəsil dəvət olunur. Sevindiricidir ki, gənclər yığmasının üzvləri bu gün əsas futbolçulara çevriliblər. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Bəlkə də yeganə yığmayıq ki, Millətlər Liqasında yalnız ölkə çempionatında oynayan futbolçularla mübarizə apardıq. Digər milli komandalarda isə Avropanın nəhəng klublarının futbolçuları yer alırdı. Buna baxmayaraq, futbolçularımız rəqibdən çəkinmirdilər. Hesab edirəm ki, bu matçlar De Byazinin komanda ilə yaxından tanış olmasına və bu fikirləri səsləndirməsinə imkan yaratdı. Biz gələcəkdə ulduz futbolçuların deyil, güclü komandanın şahidi ola bilərik”.

Ansi Aqolli: "De Byazi haqlıdır"

De Byazinin fikirlərinə Albaniya millisinin sabiq kapitanı Ansi Aqolli də münasibət bildirib. Hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı müdafiəçi keçmiş baş məşqçisinin haqlı olduğunu söyləyib: “2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış Albaniya millisi ilə bağlı həqiqət ondan ibarətdir ki, həmin komandada doğrudan da adlı-sanlı futbolçular, səs-küylü adlar yox idi. De Byazi bu məsələdə haqlıdır. Düzdür, oyunçularımız böyük çempionatlarda çıxış etmirdilər, amma həmin liqaların səviyyələri yaxşı idi. Həmçinin onlar daim oynayır və formada olurdular. Digər tərəfdən, o vaxtkı yğmada bayrağımız, ölkəmiz üçün meydanda özünü fəda etməyə hazır olan oyunçular var idi. Biz himnimizi uca səslə oxuyur, adət-ənənələrimizi nümayiş etdirməkdən qürur duyuruq. Ən əsası isə bizdə birlik var idi. Uğurumuzun əsas sirri budur”.

“Qarabağ”da 2012 - 2019-cu illərdə çıxış etmiş Aqolli Azərbaycan millisində keyfiyyətli futbolçuların olduğunu etiraf edib: “Bunu əvvəl demişəm, indi də sözümün üstündə dururam. Amma hansı yığmanın oyunçularının daha yaxşı olduğunu bilmirəm (gülür - E.S.). Yuxarıda sadaladığım amillər olmadan hansısa böyük yarışda heç bir uğur qazanıla bilməz”.

Təcrübəli oyunçu 7-8 il əvvəlki Azərbaycan millisi ilə indikini müqayisə etməyin çətin olduğunu deyib: “Yığmanız bəzi oyunlarda pis, bəzilərində isə yaxşı təsir bağışladı. Məsələn, Kiprlə qarşılaşma əla alındı. Həmçinin komanda iki ev oyununu səfərdə keçirməli oldu. Ona görə də indi bu müqayisə mümkünsüzdür”.

Canni De Byazi: "Fikirlərimdə qalıram"

Millimizin baş məşqçisi isə isə "Report"a açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini bildirib. De Byazinin sözlərinə görə, bunlar yalnız motivasiya üçün deyilməyib: "Burada dəqiqləşdirilməli olan bir məqam var. Fikrim belə idi ki, hazırda Azərbaycan yığması Albaniya millisini qəbul etdiyim vaxtdakı komandadan daha yaxşıdır. Söhbət 2016-cı ildəki kollektivdən getmir. İşə başladığım ilk vaxtlarda Albaniya seçməsi daha zəif idi. Amma biz o komandanı inkişaf etdirib Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Azərbaycan millisinə gəlincə, təbii ki, qarşıdakı müddətdə inkişafın necə olacağını indidən demək çətindir. Bəzi nüanslarda irəliləmələr, bəzilərində isə axsamalar ola bilər. Amma yenə də sözlərimdə qalıram ki, hazırkı yığma o vaxt qəbul etdiyim Albaniya millisindən daha güclüdür"./Report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

    Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu ...

    29-05-2019, 12:26

  • 
  • Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

    Azərbaycan millisi Ermənistan yığması ilə ...

    28-07-2017, 16:12

  • 
  • Azərbaycan - Lüksemburq matçı başqa ölkədə keçirilə bilər

    Azərbaycan - Lüksemburq matçı başqa ölkədə ...

    11-08-2020, 09:45

  • 
  • UEFA Azərbaycanı Yunanıstan və Danimarka ilə bir tutdu

    UEFA Azərbaycanı Yunanıstan və Danimarka ilə bir ...

    31-03-2017, 10:55

  • 
  • "Neftçi"nin köhnə "düşməni"nə UEFA-dan şok

    "Neftçi"nin köhnə "düşməni"nə ...

    7-07-2016, 18:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (526)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu