“Formula-2” üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü 3 qəza ilə başa çatıb.
Apasport.az saytının məlumatına görə, bolidlərin treklə tanışlığında Marina Sato (“Trident”) və Lirim Zendelidən (“MP Motorsport”) sonra Roy Nissani də xoşagəlməz hadisə ilə üzləşib.
“Dams” pilotunun bolidi 14-cü döngədə divara çırpılaraq sıradan çıxıb və Nissani yarışı dayandırmalı olub.
Qeyd edək ki, “Hitech Grand Prix” pilotu Juri Vips sərbəst yürüşdə hamıdan sürətli olub.
***
“Formula-2” üzrə Azərbaycan Qran-prisində gözlənilməz hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, birinci sərbəst yürüş zamanı Lirim Zendeli xoşagəlməz halla üzləşib.
“MP Motorsport” pilotunun 3-cü döngədə idarə etdiyi bolidin sükanı mexanizmində problem yaşanıb. O, bu səbəbdən idarəetməni itirərək, çıxışını dayandırıb.
Qeyd edək ki, daha öncə “Trident” komandasının pilotu Marina Sato 15-ci döngədə qəza törədib.
***
Bakıda “Formula 2" üzrə sərbəst yürüşə start verilib.
Pilotlar saat 11:10-dək bolidlərini sınaqdan keçirəcəklər. Saat 14:30-da isə sıralama turu olacaq.
Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək. (Report)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?