Formula 1 üzrə Azərbaycan Qran Prisində ilk qəza baş verib.
Birinci sərbəst yürüş zamanı “Red Bull” komandasının pilotu Maks Verstappenin idarə etdiyi bolid beton səddə çırpılıb və sol qabaq təkərində problem yaranıb. Qəza baş verdikdən sonra bolid işlək vəziyyətə qayıtmadığından, trassdan xüsusi texnika vasitəsilə evakuasiya olunub.
Onu da qeyd edək ki, qəza baş verən zaman Verstappen ikinci yerdə qərarlaşmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?