Xəbər verdiymiz kimi, Azərbaycan ağırlıqqaldırma üzrə milli komandasının bolqarıstanlı legioneri Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib. O dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.
Boyanka Kostova artıq milli komandadan xaric edilib.
Bu barədə Azərbaycan Ağır Atletika Federsaiyasının baş katibi Rizvan Rəsulov məlumat verib.
O bildirib ki, belə idmançının qalması milli komandanın adına ləkədir: "Doppinqin aşkarlanması idmançının özünün günahıdır. O peşəkar idmançıdır, özü bilər. Məsuliyyətini özü daşıyır. Boyonka əlbəttə, bizim milli komandada qalmayacaq. Elə idmançının qalmasına ehtiyac yoxdur. O idmançı bizə şərəfsizlikdən başqa heç nə gətirmir". //Unikal.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?