Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında ağır atletika yarışlarında erməni idmançının qolu sınıb.
Regioninfo xəbər verir ki, hadisə yarışda iştirak edən Ermənistan yığmasının üzvü, Avropa çempionu Andranik Karapetyan 195 kq ağırlığında ştanqanı qaldırmağa çalışanda baş verib. Belə ki, uğursuz cəhd zamanı erməni idmançının qolu dirsəkdən çıxaraq sınıb.
Qeyd edək ki, 20 yaşlı erməni atlet yarışların favoriti hesab edilirdi və onun qızıl medalı qazanacağı ehtimal olunurdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?