Ağdamın “Qarabağ” futbol klubu qapıçısı Şahruddin Məhəmmədəliyev ilə müqaviləni yeniləyib. GundemXeber.Az-ın məlumatına görə, 27 yaşlı qapıçının yeni müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub. Ş.Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"ın formasını geyinir. Yeni müqavilə haqqında danışarkən qapıçı deyib: "Daha 2 il “Qarabağ”da qalacağam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır. Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik. Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Bu il hədəflərimizə çatacağımıza inanıram”.
Sorğu
Yeni dizaynımız necədir?