Belçika millisinin qapıçısı Tibo Kurtua Portuqaliya ilə keçirəcəkləri Avro-2020-nin matçı (27 iyun) öncəsi açıqlama verib.
Gundemxeber.az xəbər verir ki, o, Portuqaliyanı dayandırmağa hazır olduqlarını söyləyib: "Bunun üçün bizim planımız var. Rəqib bir futbolçudan ibarət deyil. Ronaldo Avropa çempionatının bombardiridir, əla oyunçudur. Amma düşünürəm ki, o, mənim "Atletoko"da oynadığım illərdəki səviyyədə qalıb. Mən daha ciddi inkişafa nail olmuşam".
Qeyd edək ki, hazırda "Real"da oynayan Kurtua "Atletiko"da 2011-14-cü illərdəki çıxış edib. Həmin vaxt isə Ronaldo "Real"ın üzvü idi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?