Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində 12 - 21 yaşlılar arasında Dünya Kubokunda 8 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıova (55 kq) bürünc medala sahib olub.
21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medala yiyələnib.
Klubları təmsil edən idmançılardan isə 12 yaşlılar arasında Vüsal Qənbərov qızıl, Məhyəddin Cəfərli gümüş, Marat Semixov (hər üçü 40 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, 12 - 21 yaşlılar arasında Dünya Kubokunda 32 ölkədən 464 karateçi iştirak edib. 14 - 18 yaşlı yeniyetmə və gənclər seçmə komandalarının üzvləri 2 - 4 iyulda Dünya Karate Federasiyasının seriya turnirlərindən olan Gənclər Liqasında çıxış edəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?