Avropanın iki aparıcı ölkəsi - Niderland və Belçika sürpriz qərara imza atıb. Avropa reytinqində 7-ci olan Niderland Erediviziyası ilə 9-cu olan Belçika Pro Liqasının birləşdirilməsinə qərar verilib. Artıq yerli federasiyalarla klub rəsmiləri arasında görüşlər başlayıb və razılıq əldə olunub. İki ölkə arasında quru yolu ilə iki saatlıq məsafənin olması, nəqliyyat rahatlığı, mədəniyyətlərinin eyniliyi və eyni dildə danışmaları layihənin heç bir problemlə üzləşməyəcəyini deməyə əsas verir. Məqsəd yeni liqanın Avropada ilk "5-liy"ə düşməsidi. "SkySports"a danışan Belçika Pro Liqasının rəsmilərindən biri tərəflər arasında prinsipial anlaşmanın əldə olunduğunu bidirib. Yeni liqanın adı BeNeLiqa olacaq. "Be" Belçikanı, "Ne" Niderlandı tərənnüm edəcək. Liqada Belçikadan 8, Niderlanddan 10 klub təmsil olunacaq. BeNeLiqanın 2024/25 mövsümündən başlaması planlaşdırılır. Bunun səbəbi Belçika və Niderland liqalarının yayım şirkətləri ilə həmin mövsümədək müqaviləsinin olmasıdı. Yeni liqa üçün hədəflənən yayım gəlirinin 400 milyon avro olması planlaşdırılır. Hazırda Belçika Pro Liqasının illik yayım gəliri 103, Niderland Erediviziyasının yayım gəliri isə 80 milyon avrodu. Qeyd edək ki, Belçika və Niderland futbol federasiyaları bu layihəni əvvəlcə qadın liqalarında tətbiq etmiş və uğur qazanmışdılar. 2012-ci ildə başlayan BeNeLiqada iki ölkənin qadın klubları iştirak edirdi.
Sorğu
Yeni dizaynımız necədir?