“İsgəndər Cavadov hələ də özünə gələ bilmir. Bəzən nə danışdığını belə xatırlamır, dərk etmir. Çünki onun özü burada olsa da fikirləri bir başqa yerdədir. Zarafat deyil, oğul itirib. Böyük dərddir. Onu böyütdü, boya-başa çatdırdı. Axırda da belə...
Mənim də bir övladım xəstədir. Vaqifin böyük qardaşı uzun müddətdir ki, çətinlik çəkir. Sadəcə mənim bir təsəllim var ki, oğlum gözümün önündədir. İsgəndər nə etsin?”
Virtualaz.org xəbər verir ki, bu sözləri futbol11.az saytına açıqlamasında futbol veteranı Füzuli Cavadov deyib.
F.Cavadov bildirib ki, Lənkərandakı məlum ölüm hadisəsi qardaşı İsgəndər Cavadovu sarsıdıb: “İsgəndər axşam veteranlarla bulvara gedir, gəzir... Bəlkə də fikri dağılır. Amma evə gələn kimi yenə həmin mənzərə. Xatirələr bürüyür onu. Əlbəttə ki, bu, çıxış yolu ola bilməz, bəlkə də İsgəndər evindən çıxmalı, özünə bir başqa ev almalıdır”.
Qeyd edək ki, İsgəndər Cavadovun 25 yaşlı oğlu təqribən iki ay öncə Lənkəranda ezamiyyətdə olarkən haqq dünyasına qovuşub. Füzuli Cavadov milli komandamızın hücumçusu Vaqif Cavadovun atasıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?