Gundemxeber.az » İdman » Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcəkmi?
"İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edib-etməyəcəyimizi demək tezdir".
Bunu Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev deyib.
O bildirib ki, yeni seçilmiş rəhbər olaraq baş məşqçi, məşqçilər korpusu və idmançılarla geniş müzakirələr aparacaqlar: "Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacağıq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır".
Qeyd edək ki, Avropa çempionatı bu il 21 - 31 mayda keçirilməlidir.
Gundemxeber.az
10-06-2013, 13:33
11-11-2014, 00:38
16-05-2019, 22:59
29-05-2016, 15:28
30-11-2012, 22:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?