"Vest Hem"in futbolçusu Andrey Yarmolenko Rusiya - Ukrayna müharibəsinə münasibətini bildirib.
Gundemxeber.Az xəbər verir ki, rus əsilli ukraynalı şəxsi tvitter səhifəsi vasitəsilə rusiyalı futbolçulara müraciət edib.
"Mən Sankt-Peterburqda anadan olmuşam, lakin Ukraynada böyümüşəm və özümü 100 faiz ukraynalı hesab edirəm. Rusiya millisinin oyunçularına sualım var: "Uşaqlar, niyə boş yerə oturub heç nə demirsiniz?” Ölkəmizdə insanlar, arvadlarımız, analarımız, uşaqlarımız öldürülür və siz heç nə demirsiniz. Mənə deyin, zəhmət olmasa, hamınız birləşib ölkəmizdə həqiqətən nə baş verdiyini insanlara göstərsəniz, sizin üçün necə olacaq?
Çoxunuzu tanıyıram və hamınız mənə dediniz ki, bu belə olmamalıdır, prezidentiniz səhv edir. Uşaqlar, insanlara təsir edirsiniz, göstərin, xahiş edirəm. Bilirəm ki, bəziləriniz toplarınızı kamerada göstərməyi sevirsiniz. Amma indi toplarınızı real həyatda göstərməyin vaxtıdır” - deyə Yarmolenko bildirib.
Yarmolenko Ukrayna ordusuna 3 milyon qrivna bağışlamışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?