Simferopol şəhər məhkəməsi Rusiya ərazi sularını pozması ittihamı ilə ukraynalı dənizçi Vladimir Varimezin istintaq müddəti ərzində 2 aylıq həbs edilməsi barədə qərar qəbul edib.
Hakim Mixail Belausovun qərarına görə, dənizçi 25 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.
Hazırda digər ukraynalı dənizçilərin də məhkəməsinin keçiriləcəyi gözlənilir.
***
Kiyev məhkəməsi daha 3 ukraynalı dənizçi haqda 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Kerç boğazında Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.
Sorğu
Yeni dizaynımız necədir?