Gundemxeber.az » İdman » Avropa Liqası: “Barselona” “Qalatasaray”la bacarmadı, “Atalanta” “Bayer”i məğlub etdi - VİDEO
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.
Bununla da raundun ilk matçlarına yekun vurulub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyada “Barselona”nın qonağı olub. “Kamp Nou” stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb. Gecənin digər qarşılaşmalarında “Reyncers” Şotlandiyada Serbiyanın “Srvena Zvezda” klubuna, “Braqa” Portuqaliyada Fransa “Monako”suna, “Atalanta” isə İtaliyada Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qalib gəlib. Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
10 mart
00:00 “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) 3:0
Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51
00:00 “Braqa” (Portuqaliya) – “Monako” (Fransa) 2:0
Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89
00:00 “Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) 3:2
Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Aranqis, 11. Mussa Diabi, 63
00:00 “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) 0:0
21:45 “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) 1:0
Qol: Munir El-Haddadi, 60
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.
Gundemxeber.Az
29-05-2019, 12:23
6-12-2012, 09:58
16-02-2018, 13:50
16-09-2014, 11:21
29-05-2019, 11:51
Sorğu
Yeni dizaynımız necədir?