Gundemxeber.az » İdman » Azərbaycan millisi Avropada dördüncü olub
Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb. 11 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Millimiz bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.
Ümumilikdə 20 ölkə Xorvatiyada medala sahib olub. Onlardan isə cəmi 11-i çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.
Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.
N Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 İtaliya 2 1 2 5
2 Türkiyə 2 0 4 6
3 Ukrayna 1 3 2 6
4 Azərbaycan 1 1 2 4
4 Bolqarıstan 1 1 2 4
4 Gürcüstan 1 1 2 4
7 İrlandiya 1 0 2 3
8 Xorvatiya 1 0 1 2
9 Avstriya 1 0 1 2
9 Danimarka 1 0 1 2
9 İsrail 1 0 1 2
12 Ermənistan 0 2 0 2
12 Uels 0 2 0 2
14 Almaniya 0 1 2 3
15 Niderland 0 1 0 1
16 İspaniya 0 0 2 2
16 Serbiya 0 0 2 2
18 Estoniya 0 0 1 1
18 Şotlandiya 0 0 1 1
18 Slovakiya 0 0 1 1
CƏMİ 13 13 26 52
Gundemxeber.az
2-07-2019, 14:02
4-02-2014, 21:19
17-12-2012, 13:14
2-07-2021, 14:50
27-09-2019, 15:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?