Münhen “Bavariya”sına keçməzdən əvvəl tibbi müayinədən keçən Sadio Mane jurnalistlərə açıqlamasında bildirib ki, əsas hədəfi Almaniya klubu ilə Çempionlar Liqasını qazanmaqdır.
“Hər bir uşaq Çempionlar Liqasını qazanmaq arzusundadır, dünyanın hər bir futbolçusu buna can atır. İndi mənim çox rəqabətli komandam var. Ancaq Çempionlar Liqasının finalı haqqında danışmaq hələ tezdir, biz hələ birlikdə heç bir oyun belə keçirməmişik. Bununla belə, finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə seneqallı hücumçu vurğulayıb.
Mətbuatda yayılan məlumata görə, “Bavariya” Sadio Maneni sıralarına qatmaq üçün 40 milyon avro ödəyib.
“Liverpul”un heyətində 269 qarşılaşmaya çıxan 30 yaşlı futbolçu 120 qol vurub, 48 məhsuldar ötürmə ilə yadda qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?