“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçrədə “Sürix”lə qarşılaşacaq. “Letsiqrund” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix, “Letsiqrund” stadionu.
İlk oyun - 2:3
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Budyo Qlimt” (Norveç) – “Linfild” (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?