Gundemxeber.az » İdman » Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb
Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb.
24 yaşlı yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.
Daha əvvəl Azərbaycanın U-21 millisində forma geyinən türkiyəli oyunçu ilk dəfə əsas yığmaya çağırılıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətdə olub. Lakin Kökçü toplanışda iştirak etməyib.
Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.
Gundemxeber.az
25-08-2018, 20:44
22-08-2020, 11:09
21-11-2018, 14:31
11-08-2020, 09:45
24-09-2020, 15:50
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?