Gundemxeber.az » İdman » PSJ-nin futbolçusu Çempionlar Liqasının tarixinə düşüb
Fransanın PSJ klubunun futbolçusu Varren Zair-Emri UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Gundemxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi buna Almaniya "Bavariya"sına qarşı 1/8 final mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub.
Zair-Emri qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində iştirak edən ən gənc oyunçu adına sahib çıxıb. Fransalı futbolçu bunu 16 yaş 343-cü günündə bacarıb.
Qeyd edək ki, qarşılaşma Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Bavariya" və PSJ arasındakı cavab görüşü martın 8-də olacaq.
Gundemxeber.az
10-12-2020, 11:47
9-02-2021, 20:06
3-10-2013, 11:54
27-08-2015, 23:18
28-08-2020, 22:15
Sorğu
Yeni dizaynımız necədir?