Gundemxeber.az » İdman » Əfsanəvi “Dinamo” klubundan siyasi bəyanat
Gürcüstanın ən qocaman futbol klubu “Dinamo” (Tbilisi) tarixində ilk dəfə olaraq siyasi bəyanatla çıxış edib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bəyanat hakim partiyanın qəbul etməyi planlaşdırdığı xarici agentlər haqqında qanun layihəsi ilə bağlıdır.
Sənəddə bildirilir ki, “Dinamo” (Tbilisi) gürcü kimliyinin daşıyıcılarından biri kimi gürcü xalqının özünüifadəsinin əsas hərəkətverici qüvvələrindən biridir və olacaqdır. “Böyük “Dinamo” ailəsi olan klubumuz Gürcüstanın Avropa yolunu dəstəkləyir və bu yola mane olan istənilən təşəbbüsü təhlükə hesab edirik.
Futbolumuz kimi ölkəmizin daha çox inkişafa ehtiyacı var və Gürcüstan əhalisinin əksəriyyəti bu inkişafın mümkünlüyünü yalnız Avropa ailəsində gördüklərini dəfələrlə bəyan ediblər. Avropa İttifaqına daxil olmaq ölkəmizin əsas məqsədlərindən biri olmalı və bu yolun legitimliyi nəzərdən keçirilməməlidir”.
Qeyd edək ki, Aİ səfiri Pavel Qerçinski bu təşəbbüsün Aİ-yə namizəd statusunun alınması ilə bağlı 12 tövsiyədən ən azı ikisi ilə ziddiyyət təşkil etdiyini deyib. Artıq bir neçə dəfə ABŞ Dövlət Departamenti tərəfindən ciddi narahatlıq ifadə olunub. Gürcüstanda bir neçə yüz QHT və media Gürcüstanda belə bir qanunun qəbuluna qarşı bəyanat imzalayıb.
Gürcüstan parlamenti ictimaiyyətin etirazlarına və Qərb tərəfdaşlarının xəbərdarlıqlarına baxmayaraq, “xarici agentlər haqqında” iki qanun layihəsini dərhal baxılmaq üçün qəbul edib.
Gundemxeber.az
25-07-2019, 21:43
7-07-2013, 22:31
8-07-2021, 10:13
3-10-2014, 10:43
3-09-2019, 11:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?