Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.
Həlledici matçda İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcəklər.
Görüş Macarıstanın paytaxtı Budapeştdə “Puşkaş Arena”da baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq. İspanlar 6 finalın hər birində qalib gəliblər və bu göstəricidə rekordçudurlar. “Roma” isə heç vaxt bu kuboku əldə etməyi bacarmayıb.
UEFA Avropa Liqası
31 may
23:00. “Sevilya” (İspaniya) - “Roma” (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?