Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2 747 xal) ötən ayla müqayisədə bir pillə irəliləyərək, 13-cü sırada qərarlaşıb.
Maraqlıdır ki, ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbov ümumiyyətlə reytinqdə yer almayıb. Onun hansı səbəbdən siyahıdan çıxarılması bəlli deyil.
Qədir Hüseynov (2 661) səkkiz pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 75-ci sıraya qalxıb. Nicat Abbasov isə yenidən ilk “100-lüy”ə qayıdıb. 2 646 olan şahmatçı 97-ci pilləni tutur.
Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 27-ci, Ülviyyə Fətəliyeva (2 381) 65-ci, Xanım Balacayeva (2 368) 80-ci, Gövhər Beydullayeva isə (2 355) 90-cı sırada yer alıblar.
Sorğu
Yeni dizaynımız necədir?