Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Gundemxeber.Az xəbər verir ki, keçiriləcək üç cavab matçından sonra qrup mərhələsinin son iştirakçıları müəyyənləşəcək.
II raundda “Qarabağ”ı üstələyən Polşa klubu “Rakuv” ilk matçda məğlub olduğu Danimarka “Kopenhagen”inin qonağı olacaq.
AEK “Antverpen”i, PSV “Reyncers”i qəbul edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
30 avqust
23:00. AEK (Yunanıstan) - “Antverpen” (Belçika)
İlk oyun - 0:1
23.00 “Kopenhagen” (Danimarka) - “Rakuv” (Polşa)
İlk oyun - 1:0
23:00. PSV (Niderland) - “Reyncers” (Şotlandiya)
İlk oyun - 2:2
Qeyd edək ki, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leypziq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zalsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda”nın (Serbiya) Çempionlar Liqasının qrupunda iştirakı dəqiqləşib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?