Almaniyalı Ştefan Kuntsla yollarını ayıran futbol üzrə Türkiyə millisində baş məşqçi postuna iki namizəd var.
Gundemxeber.az xarici mediaya istinadən bildirir ki, Türkiyə Futbol Federasiyası (TFF) iki gün ərzində yeni çalışdırıcının adını açıqlayacaq. Yığma ya yerli mütəxəssis Abdullah Avcıya, ya da italyan Vinçentso Montellaya həvalə ediləcək.
TFF öncə A.Avcı ilə görüşüb və ilkin razılıq əldə edilib. Lakin daha sonra Montella variantı yaranıb. Tərəflər İtaliyada görüşüblər. Montella təklifə isti yanaşıb.
Qeyd edək ki, son iş yeri “Trabzonspor” olan Abdullah Avcı bu ilin martından işsizdir. Vinçentso Montella isə son olaraq Türkiyədə “Adana Demirspor”u çalışdırıb. O, bu yay postunu tərk edib.
Sorğu
Yeni dizaynımız necədir?