Gundemxeber.az » İdman » Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.
O, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.
31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.
17:32
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında çempionluq şansını itirib.
60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da isə Arif Niftullayev finala qədər irəliləyə bilməyiblər.
A.Niftullayev 1/16 finalda rəqibinə məğlub olub. N.Məmmədli və Ü.Qənizadə isə 1/4 finala yüksəlmələrinə baxmayaraq, yarımfinala çıxa bilməyiblər.
Güləşçilərimizin bürünc medala iddia edib-etməmələri uduzduqları rəqiblərin nəticələrindən asılı olacaq.
Qeyd edək ki, digər üç yunan-Roma güləşçimiz - Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) bu gün final görüşünə çıxacaqlar.
GUNDEMXEBER.AZ
12-04-2019, 20:21
12-06-2021, 21:09
27-09-2019, 15:01
26-09-2018, 14:45
28-03-2014, 09:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?