FIFA prezidenti Canni İnfantino Türkiyə Superliqasında keçirilən “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra baş hakim Halil Umut Melerə qarşı olan hücumu pisləyib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Canni İnfantino bununla bağlı verdiyi açıqlamada bu hücumun qəbuledilməz olduğunu qeyd edib.
“Futbol meydançasının içində və ya ondan kənarda, futbolda şiddətə yer yoxdur. Superliqada “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra baş verənlər idmanda və cəmiyyətdə yolverilməzdir”, - deyə o vurğulayıb.
Gundemxeber.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?