Serbiya son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu -YENİLƏNİR
Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
II tur çərçivəsində bu gün növbəti görüşlər baş tutacaq.
Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutub. Sloveniya hesabı açsa da, üstünlüyünü son saniyələrdə əldən verib.
Qeyd edək ki, sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə də bərabərə qalmışdı - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olmuşdu.
Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.
Günün son qarşılaşması B qrupunun favoritləri İspaniya və İtaliya arasında keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?