GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Hər bir futbolçu özünü düzgün idarə etməyi bacarmalıdır” - Qurban Qurbanov

“Hər bir futbolçu özünü düzgün idarə etməyi bacarmalıdır” - Qurban Qurbanov

Tarix: 6-08-2024, 11:52 Bölmə :İdman Baxış: 172

bitmap-img6


“Qarabağ” Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Ludoqorets”i qəbul edəcək.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Çünki yaxşı təcrübəsi, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan-oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq.

- “Ludoqorets” səfər matçlarında uduzub. Bu, sizin üçün nəsə deyir?

- Xeyr. Mərhələ iki matçdan ibarətdir. “Ludoqorets”in oyununa baxanda, oyunçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma “Ludoqorets” istənilən anda, lazım olanı edə bilir. Bu da məni çox cəlb etdi. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə komandada hardasa bir az qeyri-ciddilik olub. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar.

- Elvin Cəfərquliyev “Araz-Naxçıvan”la matçda da qırmızı vərəqə ilə cəzalandırıldı. Bu dəfə şans versəniz, hazırdır?

- Onun qırmızı vərəqəsini çox da müzakirə etməyə ehtiyac yoxdur. Bəli, hər bir futbolçu özünü düzgün idarə etməyə çalışmalıdır. Bu, çox vacibdir. Çünki futbol kollektiv oyundur. Hazırlaşırsan, amma düşünmədiyin anlarda həmin detallar təsir edir. Mənə də Elvin haqda çox suallar verilməsini istəməzdim. Psixoloji basqı ola bilər. Kollektivdə problem yoxdursa, işləməyə nə var ki? Bəzən belə amillərin faydası olur ki, digər oyunçular ayılsın, diqqətli olsun. Çempionatda qırmızı vərəqə alması Elvinin özü və digər oyunçular üçün də siqnal olsun. Elvinin futbol təcrübəsi az deyil. Yaşına baxmayaraq, avrokuboklarda, milli oyunlarda böyük təcrübəyə malikdir. İnanmıram ki, sabah meydana buraxsaq, əsəbləri onun üçün problemə çevrilsin. Özü də başa düşür. Təcrübəsi xeyli çoxalıb. Özü də bilir ki, bu halların təkrarlanması onun üçün də yaxşı deyil. Futbol mübarizə oyunudur. Bəzən görürsən ki, hakimlər ilk sarı vərəqəni verməyə tələsirlər. Dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli yanaşır. Biri sərt oyuna şərait yaradır, digəri yaratmır. Hakimlər deyir biz oyunçuları qoruyuruq. Amma deyirəm ki, komandanı qorumuruq axı. Biri var dirsəklə vurmaq, biri var açıq ayaqla vurmaq. İstənilən halda, hakimlərə haqq qazandırmaya bilmirik. Qalır hakimin idarəçiliyinə ki, versə nə olar, verməsə nə olar? Bu da təcrübədən, çempionatın səviyyəsindən irəli gəlir. Çempionlar Liqasında görürük ki, hakim oyunun əvvəlində sarı vərəqə verə bilər, amma sonda göstərir. Hansısa komandanın gücünü almırlar. Sonda isə problem futbolçuya gəlib çıxır. Oyunçu belə halları nəzarətdə saxlamalıdır ki, qarşıdakı matçlarda hakimlər ona qarşı daim sarı göstərməkdə maraqlı olmasın.

- Püşkatma sizin üçün uğurludur? Pley-off mərhələsində “Qarabağ”ı “Dinamo” (Zaqreb) gözləyir...

- Həmişə istənilən püşkə normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi indi düşündürən, vacib olan “Ludoqorets”dir. Ardıcıl 9 il avrokubokların qrup mərhələsində oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu, bizi aldatmamalıdır. Fərdi keyfiyyətləri üstün olan komandalar var. Çox ciddi olmalıyıq.

- Mərc şirkətləri sabahkı matçda “Qarabağ”ı favorit göstərir. Bu haqda nə deyərdiz?

- Normal baxıram. İki komandadan birini favorit göstərməlidirlər. Bizə o gözlə baxırlarsa, belə reaksiya verməli deyilik. İşin görünən və görünməyən tərəfi var. Ola bilər ki, görünən tərəfini görürlər. Bizim ən böyük diqqətimiz elə görünməyən tərəflərdə olur. Onu düzgün analiz etməliyik. Normal baxıram. Elə olub ki, rəqibimizi favorit görüblər. Biz buna görə oyuna görə hazırlaşmayacağıq.

- Musa Qurbanlının durumu nə yerdədir?

- Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər.

- Ötən mövsüm avrokuboklarda sıçrayış etdiniz. Qorxmursuz ki, Juninyonu qışda itirə bilərsiz? Çünki çox yaxşı çıxış edir…

- Bizə böyük diqqət ayırırlar, doğrudur. Bunun hər oyunda şahidi olmuşuq. “Ludoqrets” haqda danışıramsa ki, təcrübəli klubdur, onlar da bizim haqqımızda belə danışırlar. Bu, işimizi çətinləşdirir. Ancaq əlavə motivasiya verir. Daha hazırlıqlı olmalıyıq ki, rəqibin bizə qarşı göstərdiyi mübarizəyə də hazır olaq. Juninyo məsələsinə gəldikdə, bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O, özü peşəkar olaraq, yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, onu zaman göstərəcək.

- “Qarabağ”a yeni oyunçu gələcək?

- Gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma əfsuslar sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb./azfakt.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qurban Qurbanov “Beşiktaş”la oyun barədə: Dəqiq nəsə yoxdu

    Qurban Qurbanov “Beşiktaş”la oyun barədə: Dəqiq ...

    13-12-2016, 23:55

  • 
  • Qurban Qurbanov: "Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq"

    Qurban Qurbanov: "Oyunu uduzsaq da, ...

    23-11-2017, 12:48

  • 
  • Qurban Qurbanov: "Bu, çox vacib üç xal idi"

    Qurban Qurbanov: "Bu, çox vacib üç xal ...

    22-09-2014, 00:42

  • 
  • Qurban Qurbanov: "Futbolçularım lazım olan məqamda hücum etməyi bacardılar"

    Qurban Qurbanov: "Futbolçularım lazım olan ...

    17-07-2019, 23:55

  • 
  • Qurban Qurbanov: “Komanda tam hazır deyil”

    Qurban Qurbanov: “Komanda tam hazır deyil” ...

    4-02-2016, 13:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu