Almaniyanın "Bavariya" klubunun menecerlərindən biri Çempionlar Liqasında bu gün “Barselona”ya qarşı keçirəcəkləri matçdan əvvəl oğruların hücumuna məruz qalıb.
Gundemxeber.az xarici mediaya stinadən xəbər verir ki, Münhen klubunun nümayəndəsi gəzinti zamanı qarət edilib.
Klub rəsmisinə yaxınlaşan gənc oğlan onun fikrini yayındırmaq üçün bir neçə qısa sual verib. Bu zaman menecerin bahalı saatı, pul kisəsi və telefonu oğurlanıb.
Zərərçəkən hadisədən sonra polisə müraciət edib. Hüquq-mühafizə orqanları oğurlanmış əşyaların geri qaytarılmasının çox çətin olacağı barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turununun "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) matçının start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?