Gundemxeber.az » İdman » PFL prezidenti: "Azərbaycan Superkubokuna görə komandaları məcbur etmək istəmirik"
Komandaları Superkuboka görə məcbur etmək istəmirik.
Bunu "Report"a müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti (PFL) Elxan Səmədov deyib.
Funksioner Azərbaycan Superkubokunun bərpa olunmasına münasibət bildirib.
O, bunu çox istədiklərini, sadəcə, bir problemin olduğunu söyləyib:
"Onun vaxtını təyin edə bilmirik. Çempionat başa çatandan sonra komandalar istirahət edirlər, legionerlər ölkələrinə yollanırlar. Premyer Liqanın startından əvvəl isə təmsilçilərimizin təlim-məşq toplanışları olur. Bu səbəbdən hələlik mümkün deyil. Mövsümün ortasında isə, sadəcə, vaxtımız yoxdur. Qrafik, təqvim o qədər sıxdır ki, Superkubok matçının təşkili üçün vaxt yoxdur. Amma yenə də bununla bağlı tədbir görməyə çalışacağıq. Superkubokun alınmasını çox istərdik. Komandaları buna məcbur etmək istəmirik. Premyer Liqa, mövsüm start götürdükdən sonra hansısa problemlə üzləşəndə deyəcəklər ki, Superkuboka görə oynumuz alınmadı, təlim-məşq toplanışını yaxşı keçə bilmədik".
Elxan Səmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz
GUNDEMXEBER.AZ
13-10-2015, 12:38
25-05-2014, 13:14
24-02-2021, 21:35
23-09-2014, 13:54
25-12-2019, 16:08
Sorğu
Yeni dizaynımız necədir?