GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Qurban Qurbanov bu klubun təklifindən niyə imtina etdi?

Qurban Qurbanov bu klubun təklifindən niyə imtina etdi?

Tarix: 11-11-2024, 11:29 Bölmə :İdman Baxış: 268

GUNDEMXEBER.AZ bildirir ki, vaxtilə Azərbaycanda “Qarabağ” və “Qəbələ”də işləmiş, son dəfə isə Türkiyədə “Hatayspor”un idman direktoru vəzifəsində çalışmış Fatik Kavlak sportal.az-a müsahibə verib.


- Ötən mövsüm “Hatayspor”da Renat Dadaşovla birlikdə çalışırdınız. Onun “Hatayspor”a xeyrinin dəydiyini düşünürsüz?

- Renatla təəssüf ki, sadəcə 4 matç kimi qısa bir vaxtda çalışmaq fürsətim oldu. Məndən öncəki dönəmində performans dalğalanmaları yaşasa da, xüsusən də ötən mövsüm Superliqada qalmağımızda çox böyük xeyir verdi. Kritik anlarda meydançada göstərdiyi performans, komandamızın hədəflərinə çatmasına yardımçıq oldu. Renat xarakteri ilə də komandanın önəmli parçası idi.

- Maraqlıdır, “Hatayspor”da olduğunuz zaman heç digər azərbaycanlı futbolçulardan kimisə transfer etmək istəmişdiniz? Siyahıda kimsə var idi?

- Azərbaycan futbolunda işləmiş, daha sonra Azərbaycan futbolunu yaxından izləyən biri olaraq bəzi azərbaycanlı futbolçular üzərində fikir yürüdürdüm, düşünmüşdüm. Lakin transfer şərtlərinə görə bunu etmədik. Azərbaycanlı futbolçuların istedadlarından faydalanmağı çox istərdim. Lakin həmin dönəmdəki şərtlər uyğun deyildi.

- Renat bu yay “Ankaragücü” klubuna keçdi. Onun həmin klubdakı performansını necə dəyərləndirirsiz?

- Renat hər oyunda “Ankaragücü”nün heyətində ilk onbirlikdə meydana çıxmasa da, oyuna daxil olduqdan sonra nəticəyə təsir edə bilir. Həm də, komandanın gücünə güc qatdı. Məncə, Renat liqanın səviyyəsindən üstün olan futbolçudur. Bunu da meydandakı effektli performansı ilə göstərir. Mövsüm boyunca “Ankaragücü”nə önəmli təsirlər edəcəyinə inanıram.

- Bir ara adınız “Neftçi” ilə hallanırdı. Bu kluba idman direktoru kimi gələcəyiniz deyilirdi. Niyə baş tutmadı?

- Mənə edilən və ya edilməyən təkliflər haqqında spekulyasiya etmək istəmirəm. Mən belə məsələlərə münasibət bildirməməyi üstün tuturam.

- Yenidən Azərbaycana dönməyi özünüz istəyirsiz?

- Azərbaycan futbolu mənə çox şey qatdı. Oradakı iş mühitini sevirəm. Münasib layihə olarsa, baş məşqçi kimi işləməkdən məmnun olaram.

- “Hatayspor”da işlədiyiniz dönəmdə rəhbərliyə Qurban Qurbanovu baş məşqçi kimi gətirməyi təklif etdiyinizi bilirəm. Alınmamasına səbəb nə idi? Maraqlıdır, sonradan onu başqa kluba təklif etmişdiniz?

- Bəli, o vaxt “Qarabağ” rəhbərliyinin icazəsi ilə Qurban Qurbanovla görüşümüz olmuşdu. Bununla belə, Qurban Qurbanov karyerasını “Qarabağ”da davam etdirməyi daha məqsədəuyğun olduğunu hesab etmişdi. Onunla başqa klub üçün görüşməmişdim. Qurbanovun futbolçuluq və məşqçilik karyerasında verdiyi töhfələr Azərbaycan üçün çox dəyərlidir


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer

    Pandemiya dönəmində Azərbaycan futbolunda ilk ...

    21-05-2020, 11:48

  • 
  • Qurban Qurbanov: "Özünü yaxşı aparsa, onu "Qarabağ"a transfer edəcəm"

    Qurban Qurbanov: "Özünü yaxşı aparsa, onu ...

    28-12-2014, 15:08

  • 
  • Qurban Qurbanov: "Bu, çox vacib üç xal idi"

    Qurban Qurbanov: "Bu, çox vacib üç xal ...

    22-09-2014, 00:42

  • 
  • Xilas edildiyi deyilən “Hatayspor”un qanalı futbolçusu hələ də dağıntılar altındadır - FOTO

    Xilas edildiyi deyilən “Hatayspor”un qanalı ...

    8-02-2023, 22:00

  • 
  • Azərbaycanlı həkimlər Türkiyədə çalışmaq istəyir

    Azərbaycanlı həkimlər Türkiyədə çalışmaq istəyir ...

    31-10-2013, 10:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu