"Bavariya" komandanın əfsanəvi keçmiş müdafiəçisi Frans Bekkenbauerin geyindiyi 5 nömrəli idman geyimini dövriyyədən çıxardığını bildirib.
GundemXeber.Az xəbər verir ki, bu barədə Münhen klubu "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.
"Beşinci nömrə unikal miras üçün qorunub saxlanılacaq, çünki klubumuz və onun tarixi Bekkenbauersiz sadəcə ağlasığmazdır", - "Bavariya"nın prezidenti Herbert Hayner bildirib.
Qeyd edək ki, Bekkenbauer bu ilin yanvarında 78 yaşında dünyasını dəyişib. Keçmiş futbolçu 1964-1977-ci illərdə "Bavariya"nın əsas komandasında çıxış edib. Klubla birlikdə Bekkenbauer üç dəfə Avropa kubokunu, dörd dəfə Almaniya çempionluğunu qazanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?