Ukraynanın Lutsk şəhərində aksiyalar zamanı şəhər meri döyülüb. Lutsk şəhər meri Aleksandr Başkalenko polis idarəsinin qarşısında aksiya keçirənləri sakitləşdirmək istəyib.
Lakin aksiyaçılar merin üzərinə hücum edərək onu yerə yıxıblar. Merlə yanındakı mülki şəxsi amansız şəkildə döyən bir qrup sonradan onu qandalla dirəyə bağlayıb.
Aksiyaçılar polisin onlara qarşı su şırnağından istifadə etməsinə cavab olaraq, şaxtalı havada dirəyə bağlanmış merin üzərinə soyuq su töküblər.
Daha sonra isə merdən vəzifədən getməyi tələb edən şəxslər ona istefa ərizəsini imzalatdırıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?