Ukrayna prezidenti Yanukoviçin istefa verməsi ilə bağlı xəbər onun özü tərəfindən təkzib olunub. Televiziya vasitəsi ilə çıxış edən Yanukoviç deyib ki, istefa vermək fikrində deyil, sonuna qədər mübarizə aparacaq. Onun hazırda Xarkov şəhərində olduğu da bildirilir.
Prezident V.Yanukoviçin teleçıxışının məzmunu: "Mən əlimdən gələni etdim ki, ölkədə qan tökülməsin. Mən dünən gec saatlarda Xarkova gəldim. Heç kimə heç nə deyə bilmədim. Çünki islər çox idi. Hər dəqiqə xaricdən zəng gəlirdi. Her kəslə danismaq lazim idi. Mən bura tərəfdaşlarımı görməyə gəldim. Mən istəmirəm ki, ölkədə qan axsın. Mən öz tərəfdaslarımı qorumaq məcburiyyətindəyəm. Məni və bizi banditler izləyir. Həyatım təhkukədədir. İnanıram ki, düzgün qərarlar qəbul olunacaq. Tərəfdarlarım mənə zəng edirlər. Onlara dedim ki, həyatımız təhlükədədir. Bizim icimizdə satqınlar varıydı. Məni içıridən də satdılar. Hazirda partiyamız böyük itkilər verib. Bu gün xeyli insanın partiyadan çıxması haqda xəbərlər doğrudur. Onların çoxu ailə üzvləri üçün narahatlıq keçirir. Bir daha bildirirəm ki, bütün bunlar basqı altında həyata keçirilir. Ancaq təbii ki, satqınlar da var. Mən indi bu haqda danışmaq, kimində adını çəkmək istəmirəm. Yaşananları onların vicdanına buraxıram. Bizim partiyamız çox belə çətinlikləri atladıb. 2004-2005-ci illərdə olduqca çətin dönəmlərdən keçmişik. O zaman 200 min insan partiyadan getdi. Ancaq qısa zamanda 600 min yeni qüvvə gəldi. İndi də durum təkrarlanacaq. Milyon yarım üzvümüzdən ola bilər 500 mini partiyanı tərk etsin. Ancaq mən heç bu qədər insanın gedəcəyinə inanmıram. Partiyamız sağlamdır. Bu gün Ukraynada 30-cu illərdə Almaniyada, Avstriyada nasistlərin hakimiyyətə gəlişinə bənzər olaylar yaşanır. Partiyaları qadağan edirlər – Kommunist Partiyasının, “Regionlar” Partiyasının fəaliyyətinə imkan vermirlər. Bizim partiyanın ölkə üzrə 200 ofisi yandırılıb. Evləri, maşınları yandırırlar, insanları öldürürlər, təqib edirlər. Indi mənim tərəfdaslarımın da evləri yandırılıb. Bu, məni narahat edir. Təhkukə var. Indi biz say olaraq, azaldiq. Amma yenidən güc toplayıb, gələcəkdə hakimiyyətə yenə gəlmək fikrimiz var. Qorxmuram, mən bu ölkənin qanuni seçilmiş prezidentiyəm. Ölkəmi tərk etməyəcəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?