Qərb Timoşenkonu Silkələyir və V.Putinə “Fin Variantı” Təklif EdirMətbuat yazır: “Yuliya Timoşenko “fantastik üsulla” azadlığa çıxdı, elə bu an Arseniy Yatsenyuk və Vitali Kliçko Y.Timoşenko ilə müqayisədə belə demək mümkünsə, “söndülər”. Angela Merkelin Yuliya Timoşenkonun özü ilə telefon söhbəti oldu amma, Berlin onun fiquruna skeptik yanaşma sərgiləyir. Zbiqnev Bzejinski Moskvanın Krım və bir sıra şərq vilayətlərinin Ukraynanın tərkibindən ayrıla biləcəyindən ehtiyyatlanır, lakin bununla belə, Rusiyanın “imperiyanın qoxudan relikt”-inə çevrilməyəcəyinə ümid edir”.
“The Wall Street Journal”-ın analitikləri əmindirlər ki: “Yeni Ukrayna inqilabı ətrafında vəziyyət bu istirahət günlərində daha sürətlə inkişaf etməyə başladı: Prezident Viktor Yanukoviç Kiyevdən qaçdı, parlament yeni seçkiləri mayın 25-nə təyin etdi. Barak Obama Administrasiyası bir qədər tədbirli davranaraq, Rusiyanı hərbi müdaxilədən çəkindirdi lakin, Birləşmiş Ştatlar və Avropa tərəfdən Ukraynaya xoşbəxt gələcəyə addımlamaqda yardım etmək üçün daha ixtiraçı siyasət yürütmək lazım gələcək "
Sözü gedən nəşrin məqaləsində deyilir: "Rusiya yeni höküməti destabilləşdirmək yönündə cəhdlər edəcək və o, artıq “etnik rusların” müdafiəsi məsələsinə işarə edir".
"Ukraynada demokratiyanın fəaliyyətdə olan parlament, müxalifət partiyaları və azad kütləvi informasiya vasitələri formasında təzahür edən struktur elementləri mövcuddur – lakin, burada problem onun siyasətçilərinin səviyyəsində və korrupsiyanın olmasındadır“ – deyə, nəşrdə qeyd olunur. Şənbə günü həbsxanadan azadlığa buraxılan sabiq baş nazir Yuliya Timoşenko öz varidatını 1990-cı illərdə həyata keçirdiyi enerji sövdələşmələri sayəsində daha da artırdı. Jurnalistlər hesab edir ki: “O, da prezidentliyə öz namizədliyini irəli sürə bilər, lakin, Y.Timoşenko birləşdirici fiqur deyil”.
Jurnal məqaləsində Qərbə tövsiyə verməyi də unutmur: "Vladimir Putin Ukraynadakı demokratiya uğurlarının rusiyalı islahatçıları ruhlandıra biləcəyini çox yaxşı bilir və elə buna görə də onun bu hadisələrə müdaxiləsi bitməyəcək. Qərb indiki şəraitdə diplomatik və maliyyə yardımı, eləcə də daha sıx iqtisadi əlaqələrin köməyilə ona layiqli cavab verməlidir".
Kiyevdən “Le Figaro”-nun müxbiri Pyer Avril yazır: “Ukrayna qiyamının 48 saat içərisində əldə etdiyi nəticələr isə heyrətləndirməkdədir: ölkə başçısı istefaya göndərildi, prezident seçkiləri mayın 25-nə təyin edildi, rus dilinə verilmiş rəsmi dil statusu ləğv edildi, Viktor Yanukoviçin ailəsinə yaxınlıqları ilə seçilən üç rəsmi şəxs – Daxili işlər naziri Vitali Zaxarçenko, Gəlir və yığımlar naziri Aleksandr Klimenko və Baş prokuror Vitali Pşonka məğlub edildilər”.
"Vəssalam, bu dəqiq sondur, biz qələbə qazandıq” – bunu jurnalistlərə “Maydan”-ın özünümüdafiə dəstəsinin gənc döyüşçüsü bildirib. Buna cavabında isə mövqe bildirməyə tələsməyən P.Avril isə: “Baxarıq” – söyləyir.
Ukraynanın yeni sahiblərinin qarşısında dayanan əsas maneələr separatizm təhlükəsi ilə bağlıdır: Fevralın 23-də Krımın paytaxtı Sevastopolda “hakimiyyətdəki faşistlər”-ə qarşı mitinq keçirilib. Yeni hakimiyyət həmçinin ona qarşı qalxmış küçə nümayişçiləri ilə də ortaq dil tapmalıdır. İstirahət günlərində isə “Ali Rada” binasının önündə siyasətçilərə onların inqilabını oğurlamağa imkan verməmək əzimdə olan manifestantlar görünməyə başladı. Onlar əsasən bu şüarları səsləndirirdi: “Deputat toxunulmazlığına son!”, “Tam təmizlik!”, “2004-cü ilin səhvlərini təkrar etməyəcəyik!”.
"Kiyev küçəsi hakimiyyətə “Maydan”-da mütəmadi olaraq fit səsləri ilə qarşılanan müxalifət başçılarını deyil, barrikadaların liderlərini gətirmək istərdi” – Pyer Avril kiyevlilərin durumunu məhz bu cür təsvir edir.
“Ukraynaya münasibətdə Rusiyaya “Finlandiya variantı” lazımdır” – bunu isə “The Financial Times”-ın səhifələrində tanınmış Amerika siyasətçisi və strateqi Zbiqnev Bzejinski yazır. “Hazırda Ukraynada özbaşınalığın artdığı bir zamanda, Rusiya hələ də Ukraynanı vətəndaş müharibəsinə sürükləyə, Krım və bir sıra şərq əyalətlərinin bu ölkənin tərkibindən ayrılmasını dəstəkləyə bilər” – deyə o, vurğulayır.
Qərb Timoşenkonu Silkələyir və V.Putinə “Fin Variantı” Təklif EdirZ.Bzejinski Birləşmiş Ştatları Vladimir Putinə “Kiyevdəki gənc demokratiyanı destabilləşdirmək və ya (Rusiyanın qonşu ölkənin daxilindəki münaqişələrdə açıq və ya qapalı iştirakı nəzərə alınmadan) Ukraynanın bəzi ərazilərini onun tərkibindən ayırmağa çalışmaq cəhdlərinin Vaşinqtonu öz beynəlxalq nüfuzundan istifadə etməklə Moskvanın iri iqtisadi itkilərinə səbəb ola biləcək addımlar atmağa vadar edəcəyini izah etməyə çağırır
Müəllif fikirlərinə davam edir: “Lakin, Avropa Birliyinin qarşısında daha bir həyati önəm daşıyan məsələ dayanır – Qurum Ukraynaya anti-böhran yardımı paketi hazırlamalıdır. Zbiqnev Bzejinski Ukrayna oliqarxlarının ilk onluğunda yer alan şəxsləri – korrupsiyanın kəskin bir formada tüğyan etməsinin əsas benefisiarlarını ölkənin maliyyə reabilitasiyası üçün 1 milyard dollar həcmində yardım etməyə çağırır”. “Viktor Yanukoviçin fantastik dərəcədə zəngin olan oğlu çox güman ki, sözü gedən yardıma, hətta 10 milyard dollar belə ödəmək iqtidarındadır”.
Z.Bzejinski ABŞ və Avropa Birliyinə Rusiyanın vasitəçiliyi ilə “Daha öncə olduğu Kiyevdəki demokratik qüvvələrin milli birlik və siyasi sabitlik mövqeyindən çıxış etməsini tələb etməlidir”.
Müəllif əmindir ki: Tez və ya gec Ukrayna demokratik Avropaya daxil olacaq, əgər “özünütəcrid yolunu seçməz və imperializmin qoxan qalığına çevrilməszə”, Rusiya da onun ardınca gedəcək.
“New Republic” qəzetində dərc olunan məqalədə deyilir ki, ötən həftə Ukraynadakı etirazlar qan tökülməsi mərhələsinə qədəm qoyan zaman, digər ölkələrin liderləri günahkar axtarışına çıxdı. Londonun Universitet Kollecinin mütəxəssisi və Ukraynanın siyasi həyatı barədə elmi iş yazmaqda olan Edvard Conson yazır: “Rusiya etirazçıları və bir çox Qərb ölkələrini, Barak Obama (Rusiyanın hadisələrə təsirini kəskin tənqid edərək) Ukrayna hökümətini günahlandırırdı.
“Ukraynadakı hadisələrin Şərqin və Qərbin savaşı olduğunu düşünmək, əsas səbəbi – nümayişlərə qarşı atılan addımlara fərqli yöndən yanaşan ölkəni idarə edən elita arasındakı narazılığı görməzdən gəlmək anlamına gəlir” – bunu da müəllif öz yazısında qeyd edir.
"Viktor Yanukoviçin siyasi “xaç atası” hesab olunan Rinat Axmetovun başçılıq etdiyi oliqarxlar qrupu Avropa bazarlarına can atır və “beynəlxalq sankiyalar və iqtisadi təcriddən ehtiyyat edərək etirazçılara qarşı güc tətbiq olunmasının əleyhinə çıxış edirdı”. Bununla belə, “baş nazirin müavini Sergey Arbuzov və Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev öz alovlandırıcı çıxışlarında etirazlara nifrətlərini bəyan etməklə etiraz edən kütləyə qarşı sərt mövqe nümayiş etdirilməsinin tərəfdarı olduqlarını ifadə edirdilər” – deyə məqalədə qeyd edilir. Elitanın bu hissəsi nəyin bahasına olursa-olsun öz mövqelərini qorumaqda maraqlı idi.
Rejimin xüsusi təyinatlılara əhaliyə qarşı döyüş patronlarından istifadə təlimatı verməsi “mənəvi cəhətdən iflasa uğramış hökümətin addımı idi” – deyə, Edvard Conson fikirlərinə davam edir: “Lakin, etirazçı kütlənin dayanıqlılığı Viktor Yanukoviçi güzəştə getməyə, daha sonra isə qaçmağa vadar etmiş oldu”.
"O, bütün bunların hamısını Rusiyanın iradəsinə zidd olaraq etdi” – deyə, müəllif vurğulayır. Məqalədə daha sonra deyilir: “Kiyevin küçələrində onlarla vətəndaş və polis əməkdaşlarının öldürülməsi – Rusiya ilə Qərb arasındakı hər hansı bir geosiyasi qarşıdurmanın nəticəsi deyil, daxilən qeyri-stabil, korrupsiyalaşmış və quldur hökümətin legitimliyinin dağılmasının nəticəsidir“.
“Ukraynada son günlər baş verən hadisələr bundan sonra hələ bir il üçün də bəs edər” – bunu İtaliyanın “Corriere della Sera” qəzetində yazdığı yazısında Lyudmila Ulitskaya vurğulayır.
"İlk və ən gözlənilən hadisə “Maydan”-ın V.Yanukoviç hökümətinə sarsıdıcı zərbə endirməsi idi. Prezidentin Kiyevi tərk etməsindən sonra, daha 64 təyyarə Ukrayna paytaxtını tərk edərək Viktor Yanukoviçin yaxın tərəfdarlarını Ukraynanın müxtəlif şəhərlərinə apardı. Mən “ortaqları” sözünü istifadə etmək istəmədim, lakin, bu söz avtomatik olaraq yazıda istifadə olundu”. – deyə L.Ulitskaya fikirlərinə davam edir - “Çox güman ki, kimsə Avropaya, kimsə Rusiyaya üz tutdu, başqa sözlə, hər kəs mülkləri və şəxsi kapitalının olduğu ərazini seçdi”.
Yazıçı həmçinin bunu da qeyd edir: "Mən Viktor Yanukoviçin halına acıyıram: uzun illər ərzində himayə etdiyi adamlar son məqamda ona xəyanət etdi. Amma, daha heç bir şeyi dəyişmək mümkün deyil – V.Yanukoviçin də üzvü olduğu cinayətkar aləmdə hər zaman belə olur".
"Əgər son hadisələr zamanı meydanda ölənlər hakimiyyətlə real mübarizə aparan insanlar deyil, kaskadyorlar olsaydı, bu siyasi triller üçün uğurlu bir ssenari ola bilərdi. Mahiyyət etibarilə, bu faktlar daha əvvəl artıq izlənilmiş kadrları xatırladır: Çauşeskonun kölgəsi V.Yanukoviçin üzərindədir və insan Viktor Yanukoviçin onun (Çauşeskonun) taleyini təkrarlaya biləcəyinə inanmaq istəmir. Ancaq, doğrusunu deməli olsaq, Ukraynanın gələcək taleyi daha çox maraqlıdır” – bunu da L.Ulitskaya qeyd edir.
“Viktor Yanukoviçin süqutundan sonra Ukraynada hər şey mümkündür – bunu sabiq baş nazir Yuliya Timoşenkonun qayıdışı da sübut edir” – Almaniyanın “Der Spiegel” jurnalında dərc olunan “Berlin Y.Timoşenkoya skeptik yanaşır” başlıqlı yazıda məhz bu fikirlər yer alıb.
Qərb Timoşenkonu Silkələyir və V.Putinə “Fin Variantı” Təklif EdirAzadlığa buraxıldıqdan dərhal sonra Yuliya Timoşenko “Maydan”-da çıxış etdi, növbəti gün ona yaxınlığı ilə seçilən Aleksandr Turçinov dövlət başçısı səlahiyyətlərinin icrasını öz üzərinə götürdü. Keçmiş baş nazirlə müqayisədə Arseniy Yatsenyuk və Vitali Kliçko kölgədə qalır – Yalnız Yuliya Timoşenko “Yanukoviçdən sonrakı Ukrayna”-da mərkəzləşdirilmiş rol oynaya bilər.
Berlin “bütün bunların hamısını nəzərə alır, amma çox da böyük eyforiyaya qapılmamağa üstünlük verir”. Bazar günü Almaniya kansleri Angela Merkel sabiq baş nazirlə telefon vasitəsilə əlaqə yaradıb və hər şey bu söhbətin çox “sönük” keçdiyinə işarə edir. “Həm Almaniya höküməti, həm də Bundestaqda 10 il öncə “narıncı inqilab” zamanı böyük ümidlərin bəsləndiyi lakin, son nəticədə çoxlarını məyus edən siyasətçiyə skeptik münasibət həddindən artıq böyükdür” – jurnalistlər fikirlərini bu cür izah edir. Y.Timoşenko mütəmadi olaraq kompromiss əleyhdarı və eqoistik, adətən də “qeyri-şəffaf” davranırdı.
Ukraynalıların bir çoxnun da Y.Timoşenkoya münasibəti neqativdir. Onlar onun qaz biznesindəki fəaliyyətini yaxşı xatırlatyır. Öz rəqibləri üçün isə sabiq baş nazir Ukraynanın keçmiş rəhbərliyi kimi siyasi uğursuzluğun bir hissəsi olaraq qalmaqdadır.
Alman hökümətinə yaxın dairələrin verdiyi məlumata görə, A.Merkel Y.Timoşenkonu azadlığa buraxılması münasibətilə təbrik edərək, onu Almaniyada müalicəyə dəvət edib lakin, bundan sonra ona “öz siyasi fəaliyyətini ölkənin bütövlüyünün qorunmasına sərf etməli", “Ukraynanın şərqindəki insanları da dinləməli” eləcə də, “müxalifəti təmsil edən siyasi qüvvələrin sıralarında da razılıq əldə etməyə çalışmalı” olduğunu tövsiyyə edib.
“Der Spiegel”-in yazısında Alman kanslerinin Y.Timoşenko ilə ünsiyyətə hazır olduğu da vurğulanır.
“Time” jurnalının yazarə Saymon Şuster isə yazır ki: “İnqilab Krımdakı Rusiya etnik çoxluğuna Kiyevdən ayrılmaq və Rusiyanın tərkibinə daxil olmaq üçün mükəmməl bir şans verib. "İndi biz öz şəhərimizi müdafiə etməlyik", - bunu Kiyevdən Sevastopola qayıtmış “Berkut” döyüşçüsü bildirir. Sevastopolda Rusiyanın 25 min hərbçidən ibarət hərbi-dəniz qüvvələri bazası yerləşdirilib və Krımın bir çox sakini özünü ukraynalı deyil, rus hesab edir”.
S.Şuster bildirir ki: Çərşənbə günü “Sevastopol Rus İcması”-nın rəhbəri Tatyana Yermakova Rusiyadan “Krımın rus əhalisinin soyqırımına son qoyulması üçün qoşun göndərilməsi” xahişi ilə Kreml-ə müraciət edib. " Kremlin bu müraciətə hələ ki, cavab verməməsinə baxmayaraq, Rusiya buna bənzər müraciəti 2008-ci ildə Cənubi Osetiyaya hücum etmək üçün istifadə etdi və nəticədə sözü gedən region Gürcüstanın tərkibindən ayrıldı.
“Elə həmin gün, bir qədər erkən Rusiyanın yüksək çinli diplomatlarından ibarət nümayəndə heyəti Ukraynaya səfər etdi və onlar Xarkovda devrilmiş hökümətin 3 mindən ibarət yerli və bələdiyyə məmurları ilə görüşdü. “Rusmeylli Ukrayna məmurları və Rusiya nümayəndə heyəti inqilab liderlərini “ekstremist və terrorçu” adlandıran qətnamə qəbul etdilər” –Saymon Şuster yazır.
İnqilabçıların silahları təhvil vermək və hökümət binalarını boşaltmaqdan imtina etdiyi bir vaxtda, Krım və Ukraynanın şərqindəki yerli hökümət onların qərarlarına tabe olmayacaq və “konstitusion sabitliyin qorunmasını öz üzərinə götürəcəklər”.
"Bu sənəd həmin ayrılma məsələsi ilə kəsişir. Yekun nəticədə bu, inqilabçı hakimiyyətin legitimliyini qəbul etməkdən imtina edilməsi deməkdir” – məqalə müəllifinin yanaşması məhz bu yöndədir. Qərbin xüsusi narahatlığına səbəb olan məqam isə, inqilabın Krımda və Ukraynanın şərqində “regional təhlükəsizlik strukturları ilə ortaq bir şəkildə” özünümüdafiə dəstələrinin yaradılmasıdır” - S.Şuster bu fikirdədir.
Qərb Timoşenkonu Silkələyir və V.Putinə “Fin Variantı” Təklif Edir“Yuliya Timoşenkonun siyasətə qayıtma ehtimalı gündən-günə daha qeyri-stabil olan Ukraynanın gələcəyini qorxu və təhlükə altında qoyur” – Edvard Lukas “The Daily Mail”-dəki yazısında bu faktı önə çəkir. Bir çox ukraynalı və əcnəbi siyasətçilər Yuliya Timoşenkonun xarici görünüşü və gülüş doğuran davranışları səbəbindən onun imkanlarını düzgün qiymətləndirmir. “Həqiqət isə bundadır ki, onun bu qədər qərarlı olması qorxuncdur. Heç kim və heç nə onu yolundan döndərə bilməz” – deyə, müəllif bildirir.
Edvard Lukas şəxsi təəssüratlarını da bölüşür: “Mən dəfələrlə ondan müsahibə götürmüşəm. Onun mimikası, jestləri, başını tərpətməsi və həzin səsi hipnoz effekti yaradır”. Lakin o, nifrət partlayışları nümayiş etdirməyə də qadirdir. Mən onun son dərəcə əsəbi halda necə danışdığının şahidi də olmuşam: Pişik vəhşi pələngə çevrilir.
Hər necə olursa-olsun, Yuliya Timoşenko öz cazibədarlığı ilə “Vladimir Putinin daşlaşmış simasında təbəssüm yaratmağa nail olub”.
Müəllif bir etiraf da edir: Y.Timoşenko seçki kampaniyası aparmağı çox gözəl bacarır (o, ən yaxşı siyasi texnologiyalar və imic-meykerlərdən istifadə edir və onun özü mükəmməl bir natiqdir). "Amma onun vəzifəsinin icrasına başlaması ilə əsl fəlakət də başlamış olur. Bunun səbəblərindən biri - Y.Timoşenkoda komandada işləmək bacarıqlarının olmamasıdır. O, hər zaman öz köməkçilərindən və bərabər çalışdığı adamlardan onun istəklərini təxmin edib yerinə yetirmələrini gözləyir. Onlar bu istəkləri təxmin edə bilmədikdə, bu zaman o, “partlayır”- deyə, müəllif fikirlərini tamamlayır.
E.Lukasın fikrincə, Y.Timoşenko irrasional, tez-tez şöhrətpərəst fantaziya uçuşlarına meyllidir, ulduz falı və ekstrasenslərə inanır və hər şeydən öncə - özünü Yeva Peronun reinternasiyası (bənzəri – red.) hesab edir. Müəllif hesab edir ki, həmçinin Y.Timoşenkonun iş və siyasi maraqlarının kəsişməsindən də ehtiyyat etmək vacibdir.
"Kommersiya mübahisələrinin ən kobud vasitələrlə həll edildiyi bir dövrdə Yuliya Timoşenko polad sinirlərin tələb olunduğu bir sahədə o, sürətlə fantastik sərvətə sahib oldu. Həmin iqtisadi qeyri-stabillik illərində rəsmi şəxslərlə şəffaf olmayan münasibətlər adətən şirkətin ən dəyərli aktivi hesab edilirdi” – məqalədə belə deyilir.
Pavel Lazarenko hökümətində Yuliya Timoşenko energetika naziri vəzifəsində çalışırdı. Edvard Lukas xatırlayır: “Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, həmin iki illik müddət ərzində Ukraynadan 120 milyard funt oğurlanıb. Hazırda P.Lazarenko Birləşmiş Ştatlarda 9 il müddətinə həbs cəzasına məhkum edilib”.
“Narıncı inqilab” günlərində Yuliya Timoşenko daha da çiçəklənməyə nail oldu. Amma baş nazir postunda “onun avtoritar üslubu və pərakəndə siyasi kursu ona dost qazandıra bilmədi”.
Edvard Lukasın fikrincə, Y.Timoşenko Estoniya və Polşanın nümunəsində Ukraynaya nə dərəcədə geniş miqyaslı islahatların gərəkdiyini və onlara necə başlanmalı olduğunu anlamırdı. “Onun üçün siyasət seçicilərin həyatını yaxşılaşdırmaqdan daha çox hakimiyyətə yiyələnmək və onu saxlamaq üsuludur. İnsanlar onun baş nazir olmasından o qədər yorulmuşdu ki, çarəsizlikdən Viktor Yanukoviçə səs verməli oldular”.
Əgər Yuliya Timoşenko öz səhvlərindən nəticə çıxarmağı bacarsa, yalnız o zaman Ukraynanın ehtiyac duyduğu lider ola biləcək. Edvard Lukas fikirlərini belə sonlandırır: “Lakin, onun mənfəətpərəstliyi, acgöz hakimiyyətsevərliyi və öz xalqına nifrəti barədə bildiklərim məni buna şübhə etməyim üçün güclü əsas yaratmış olur”. DOGRU.TV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?