GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakılı generaldan Yuliya Timoşenkoya dəstək: “Ukraynanı o idarə edə bilər”

Bakılı generaldan Yuliya Timoşenkoya dəstək: “Ukraynanı o idarə edə bilər”

Tarix: 4-03-2014, 10:24 Bölmə :Siyasət Baxış: 856
Bakılı generaldan Yuliya Timoşenkoya dəstək: “Ukraynanı o idarə edə bilər”
Azərbaycanın hərbi eksperti və Hava Hücumundan Müdafiə Qüvvələrinin ehtiyatda olan general-leytenantı, Milli Məclisin keçmiş deputatı, milliyətcə ukraynalı Vladimir Timoşenko Ukraynadakı hazırkı vəziyyət, Rusiyanın Krıma hərbi qüvvələr yeritməsinin müharibəyə səbəb ola biləcəyi ilə bağlı ehtimallar və Ukrayna prezidentliyinə iddialılarla bağlı danışıb.
Onun fikrincə, keçmiş prezident Viktor Yanukoviçin ən böyük səhvi dövləti idarə etməyə başlayandan bütün hakimiyyəti əlində cəmləşdirməsi və Konstitusiyanı dəyişdirməsi idi: “Buna baxmayaraq, hakimiyyətin öhdəsindən gələ bilmədi. Məhkəmələr hamısı pulla alınmışdı. Ölkədə çox böyük korrupsiya var idi. İqtisadiyyat pis vəziyyətə düşmüşdü. 2013-cü ilin noyabrında Avropa Birliyinin liderlərinin iştirakı ilə Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində Viktor Yanukoviçin assosiativ üzvlüklə bağlı sazişi imzalamaması isə Ukraynada etirazların başlamasına səbəb oldu. Əslində müstəqil dövlətin rəhbəri kimi bu sazişi imzalamamağa Yanukoviçin haqqı çatırdı. Yadınızdadırsa, o vaxt həm Ukraynada, həm də Avropada iddia edirdilər ki, Yanukoviç bu addımı Rusiyadan çəkindiyi üçün atıb. Beləliklə, Ukraynanı Rusiyadan ayırmaq planını işə salındı. Bunların hamısı xaricdən idarə edilirdi. Amma iş orasındadır ki, Kiyevdəki Azadlıq meydanına gələnlərin hamısı hakimiyyətə qarşı olan insanlar idi. Bunu da etiraf etmək lazımdır”.
Vladimir Timoşenko Yanukoviçdən sonra hakimiyyətə gələnlərin də yanlış addımlar atdığını vurğulayıb və indi ölkədə baş verən proseslərə məhz bu yanlışlıqların da səbəb olduğunu qeyd edib: “Yeni hakimiyyətə gələnlərin dillə bağlı qanunu ləğv etmələri çox böyük səhv idi. Bu, həm strateji səhv idi, bunu etməməli idilər. Halbuki Ukrayna dövlətinin nə qədər həll edilməmiş problemləri var. Amma ilk növbədə rus dili məsələsini gündəmə gətirdilər. Bu eyforiyaya qapılmaqdan, müdrikliyin çatışmamasından irəli gəlirdi. Bu qərar dərhal rusdilli əhalini ayağa qaldırdı. Şərq və cənub rayonları ciddi etirazlarını bildirdilər. Əlbəttə, bu ilk növbədə təcrübənin olmamasından irəli gəlirdi”.
Keçmiş millət vəkili Rusiyanın Krımda vəziyyəti gərginləşdirməklə bağlı fəaliyyətini isə ciddi tənqid edib: “Mən Rusiyanın fəaliyyətinə heç cür haqq qazandırmıram. Çünki Rusiyanın indiki fəaliyyəti NATO-nun Yuqoslaviya ilə bağlı fəaliyyəti ilə eynidir. Osetiyada baş verənləri xatırlayırsınızmı? Saakaşvili hərbi əməliyyatlara birinci başlamışdı. Bu hansısa formada əsas verdi ki, Rusiya rusdilli əhalinin müdafiəsi üçün ordudan istifadə etsin. Əslində, Rusiyanın bu hərəkəti Gürcüstan ərazisində əsl müharibəyə səbəb oldu. Bu gün isə Krımda Rusiyanın bu qədər fəallaşmasına heç bir əsas yoxdur”.
Timoşenko vəziyyətin gərginləşməsinə baxmayaraq, bunun müharibəyə səbəb olacağına inanmır: “Hesab edirəm ki, Qərb Rusiyaya sanksiya tətbiq etməlidir. Proseslərin gedişi də göstərir ki, bu olacaq. Çünki əgər Qərb Krımda baş verənlərə göz yumsa, digər problemlərin ortaya çıxmayacağına heç bir təminat yoxdur. Mən Rusiya prezidenti Vladimir Putinə - Azərbaycan üçün müsbət mənada heç nə etməsə də - böyük hörmətlə yanaşırdım. Ancaq onun bugünkü davranışları yolverilməzdir”.
Ukraynada prezidentliyə iddialılara gəldikdə, ekspertin fikrincə, Yuliya Timoşenko daha sərfəli namizəddir: “Ukraynaya indi güclü, həm də təcrübəli prezident lazımdır. Yuliya Timoşenko baş nazir işləyib, diplomatdır, yaxşı natiqdir. Bir sözlə, böyük siyasi məktəb keçib. İndiki situasiyada prezidentin səlahiyyətləri məhdudlaşdırıldığından, o daha sərfəli namizəddir. Amma iş burasındadır ki, o, bütün Ukraynada dəstəklənməyəcək”.
Keçmiş deputat deyib ki, Yuliya Timoşenkonu çox şeyə görə mühakimə etmək olar: “Ancaq korrupsiya ilə bağlı Yankoviçin ittihamları tamamilə haqsız idi. Timoşenko baş nazir işlədiyi zaman Rusiya ilə imzalanan qaz müqaviləsindən cibinə heç nə qoymamışdı. O vaxt situasiya diqtə edirdi ki, baş nazir kimi həmin müqaviləni imzalasın”.
Timoşenkonun “UDAR” partiyasının lideri, tanınmış boksçu Vitali Kliçkonun namizədliyinə münasibəti isə tamam fərqlidir: “Onun mübarizə ərazisi rinqdədir. Hansı siyasi məktəbi keçib? O hətta komsomol təşkilatına da rəhbərlik etməyib. Məgər dövlətlə oynamaq olarmı? Deyə bilərlər ki, Ronald Reyqan aktyor olub. Amma Amerika ilə Ukraynanı eyniləşdirmək olmaz. İndi Ukraynadakı situasiya daha təcrübəli şəxsin prezident seçilməsini tələb edir. Dövlət idarəçiliyində də həm də müdriklik lazımdır. Emosiyalarla dövləti idarə etmək mümkün deyil. Prezident ilk növbədə dövlətin maraqlarını üstün tutmalı, gələcək nəslin bir daha belə ağır situasiya ilə üzləşməməsinə çalışmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • Ukraynada prezident seçkilərinə start verildi

    Ukraynada prezident seçkilərinə start verildi ...

    25-02-2014, 12:03

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • “Ukraynada baş verənlərdə ABŞ-ın əli var”

    “Ukraynada baş verənlərdə ABŞ-ın əli var” ...

    14-04-2014, 10:13

  • 
  • Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir

    Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir ...

    14-11-2013, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu