GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Yaxın dörd ildə Qafqaz Obamanın prioritetlərindən biri olacaqmı?

Yaxın dörd ildə Qafqaz Obamanın prioritetlərindən biri olacaqmı?

Tarix: 9-01-2013, 11:03 Bölmə :Dünya Baxış: 645
Yaxın dörd ildə Qafqaz Obamanın prioritetlərindən biri olacaqmı?

“ABŞ İrana hücum etsə və ya İsrail İrana hücum etsə, bu iki ölkənin
hərbi strateqləri Azərbaycandan bu və ya digər formada dəstək gözləyəcək”


Prezident Obamanın xarici siyasəti yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ərəfəsində Vaşinqtonda ən çox müzakirə olunan mövzulardan biridir. Ekspertlər ABŞ-ın Qafqaz regionunda iqtisadi islahatlara, o cümlədən insan hüquq və azadlıqları və demokratiya normaları sahəsində dəstəyinin necə olacağını təxmin edirlər. Hadson İnstitutunun və Cons Hopkins Universitetinin Xarici Siyasət İnstitutunun əməkdaşı Devid Satter Turana müsahibəsində bu mövzulardakı fikirlərini paylaşır.
- Qafqazda insanlar ABŞ-ın xarici siyasətində nə gözləyə bilərlər və Amerika-Azərbaycan münasibətlərində hansı dəyişikliklər gözlənilir?
- Azərbaycana qarşı münasibət İrandakı vəziyyətdən çox asılı olacaq. Orada vəziyyət kritik olmasa, ABŞ üçün Azərbaycanın strateji müttəfiq kimi əhəmiyyəti xeyli artacaq. İran və Rusiya ilə Əfqanıstan üzrə əməkdaşlıq Obama administrasiyasını Rusiyada və digər keçmiş Sovet İttifaqı ölkələrində insan hüquqlarına qayğını azaltmağa məcbur edir.
- Vaşinqton Azərbaycandan nə gözləyir?
- Nə baş verəcəyini əvvəlcədən demək çətindir, belə ki, bütün Yaxın Şərq çaxnaşma içindədir. İran əsas müttəfiqi olan Suriyanı itirə bilər, ABŞ İrana hücum etsə və ya İsrail İrana hücum etsə, bu iki ölkənin hərbi strateqləri Azərbaycandan bu və ya digər formada dəstək gözləyəcək. Buna görə düşünürəm ki, Amerika hərbiçiləri Azərbaycandan strateji yardım almaq mümkünlüyünü diqqətlə araşdırmalıdır.
- Bir çox Vaşinqton məmurları üçün demokratiyanın irəliləməsi əvvəlki kimi ABŞ xarici siyasətinin diqqət mərkəzində olan məsələdir Eyni zamanda, həmişə energetika, təhlükəsizlik və digər maraqlar da var Bir tərəfdən aydındır ki, ABŞ öz maraqlarını müdafiə etməyə və avtoritar rejimlərlə danışıqlar aparmağa davam edir, buna baxmayaraq, digər tərəf onları pozur. Məsələn, Azərbaycanda və Rusiyada qərb QHT-lərini bağlamaq cəhdləri, ictimai xadimlərin və jurnalistlərin təqibi faktları olub. Türkiyə həbs edilmiş jurnalistlərin sayına görə rekord vurub. Amerikanın maraqlarını regionda irəlilədərək, eyni zamanda bütün bu problemlərə qarşı necə mübarizə aparmaq olar?
- Azərbaycan haqqında danışarkən, düşünürəm ki, bu, müəyyən mənada Azərbaycanın vətəndaş cəmiyyətindən asılı olacaq. Belə ki, nə qədər ki, rəsmi Vaşinqtonun problem haqqında xəbəri yoxdur və ya nə qədər ki, hadisələr onların diqqətini çəkməyib, onlar vəziyyətə məhəl qoymamağı və ya hadisəni kiçiltməyi daha asan görəcəklər. Azərbaycan kiçik ölkədir və onun ABŞ-ın müttəfiqi qismində əhəmiyyəti onun strateji mövqeyi ilə bağlıdır. Bununla belə, Amerika cəmiyyəti insan hüquqları ideallarına və prinsiplərinə sadiqdir, bu pozuntular baş verdiyi zaman Azərbaycanın vətəndaş cəmiyyəti bunu ABŞ-ın gündəliyinə daxil etmək üçün dünyanın diqqətini buna çəkməyə çalışmalıdır.
- Obamanın hakimiyyətinin əvvəllərində Bakı və Vaşinqton arasında münasibətlər soyudu, baxmayaraq ki, sonradan Obama administrasiyası münasibətləri düzəltməyə çalışdı. Necə düşünürsünüz, Obamanın ikinci prezidentliyi ərzində nə olacaq?
- Cavab vermək çətindir, çünki indi administrasiya üçün real problem İranın nüvə cəhdləri, Əfqanıstanda taliblərə qarşı mübarizədir. Buna görə düşünürəm ki, Azərbaycanla bağlı xüsusi bir siyasət olmayacaq. Hazırda bu ölkəyə konkret problemlər nöqteyi-nəzərdən deyil, ümumi geosiyasi vəziyyət nöqteyi-nəzərdən baxılır. Bu, kifayət qədər acınacaqlı olsa da, belədir. Azərbaycan dünyanın elə bir yerində yerləşir ki, ABŞ-ın orada həyati əhəmiyyətli hesab etdiyi marağı var. Və hətta Ermənistan və Azərbaycan arasında müharibəyə də ABŞ-ın həyati əhəmiyyətli maraqları cərgəsində baxılmır.
- Prezident Obama ilk prezidentliyi dövründə Qafqaza sülh gətirmək üçün bir sıra addımlar atdı, lakin heç nə alınmadı: Azərbaycan-Ermənistan münaqişəsi, Rusiya-Gürcüstan münasibətləri, Türkiyə-Ermənistan yaxınlığı – bütün bu məsələlər həll edilməmiş qalır. Vaşinqton regionda status-kvonu dəyişdirə bilərmi?
- Düşünürəm ki, şans var... Əlbəttə, Amerika tərəfinin Dağlıq Qarabağ müharibəsi və bu məsələnin həllinin əhəmiyyəti barədə yaxşı məlumatı var. Amma hazırda bu, ən üstün prioritet deyil və çətin ki, olsun, təbii ki, regiondakı hadisələr ümumi strateji maraqları təhlükəyə atmasa.
- Maqnitski qanunu açır-aşkar Moskvanın xoşuna gəlmədi. Soyuq müharibənin yenidən başlayacağını demək olar?
- ABŞ Administrasyası bunu istəməzdi. Məsələ ondadır ki, Konqres və Amerika xalqı Kremlin hərəkətlərinə ABŞ administrasiyasından asılı olmadan reaksiya verib. Düşünürəm ki, münasibətlər pisləşib və bir sıra səbəblərdən pisləşməyə davam edəcək. Bu səbəblərdən biri Rusiya rejiminin çox avtoritar və korrupsiyaya uğramış, həmçinin kriminal olmasıdır və Sergey Maqnitskiyə qarşı cinayət bu rejimin yalnız bir hissəsidir. Eyni zamanda, Putinin mövqeyi əvvəlki qədər güclü deyil. Ona qarşı çoxsaylı etiraz nümayişləri baş verir, buna görə Putin diqqəti özündən yayındırmaq üçün əhalini daha çox xarici düşmənə qarşı səfərbər edəcək. Xarici düşmən roluna ən yaxşı namizəd isə ABŞ-dır.
- ABŞ və Rusiyanın Azərbaycandakı prioritetləri arasında əsas fərqlər nədən ibarətdir?
- Zənnimcə, ABŞ-ın Azərbaycan vasitəsilə neft kəməri marşrutlarını müxtəlifləşdirmək, habelə Rusiyanın Xəzər neftinin nəqlini tam nəzarəti altına almasına mane olmaq istəyi var. Amma Amerikanın Azərbaycanda başqa maraqları da var və artıq qeyd etdiyim kimi, İranla münaqişə baş verərsə, Azərbaycan çox mühüm logistika meydanına çevrilə bilər. Əminəm ki, israillilər də buna eyni şəkildə baxır.
- Vaşinqtonda Azərbaycanın real imicini necə təsvir edərdiniz?
- Fikrimcə, insanlar Azərbaycanın Xəzər neftinə görə çox zəngin olduğunu və sərvətlərin kifayət qədər düzgün paylanmadığını başa düşürlər, böyük korrupsiya olduğunu və dissidentlərin qətlə yetirildiyini bilirlər. Yəni, başqa sözlə, Azərbaycan bir çox digər postsovet respublikaları ilə eyni imicə malikdir.
- Azərbaycanda belə bir fikir var ki, din müntəzəm müxalifəti əvəz edəcək. Belə bir təhlükə ehtimalı nə dərəcədədir?
- Bu təhlükə realdır və təkcə Azərbaycanda deyil, bütün dünyada. Uzaq gələcəkdə bu dini qruplar avtoritar rejimlər üçün indi onlara qarşı müqavimət göstərən insanlardan daha çox təhlükəlidir. Məhz buna görə qeyri-demokratik rejimlər dünyada real olaraq zəifdir, çünki radikal müxalifətin meydana çıxmasına şərait yaradırlar. Vaxtilə korrupsiyaya uğramış çar rejimi məhz belə radikal kommunizmə şərait yaratdı.
“Turan”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ bunu etsə, savaş olacaq

    ABŞ bunu etsə, savaş olacaq ...

    12-12-2014, 00:21

  • 
  • Ağ Evdə 57-ci andiçmə

    Ağ Evdə 57-ci andiçmə ...

    22-01-2013, 09:56

  • 
  • XİN Azərbaycandan İrana hərbi zərbə endirilməsinin mümkünlüyü barədə açıqlama verdi

    XİN Azərbaycandan İrana hərbi zərbə ...

    20-05-2013, 12:45

  • 
  • ABŞ İrana 100 milyard dollarlıq zərbə vurmagı məqsəd qoyur.

    ABŞ İrana 100 milyard dollarlıq zərbə vurmagı ...

    12-05-2013, 14:44

  • 
  • Erməni diasporu ABŞ parlamentin ələ keçirir

    Erməni diasporu ABŞ parlamentin ələ keçirir ...

    18-01-2013, 10:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu