GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Erməni diasporu ABŞ parlamentin ələ keçirir

Erməni diasporu ABŞ parlamentin ələ keçirir

Tarix: 18-01-2013, 10:32 Bölmə :Dünya Baxış: 651
Erməni diasporu ABŞ parlamentin ələ keçirir

Erməni icmasının dostları ABŞ
Konqresində mühüm vəzifələrə yüksəlirlər


Bu ay Amerika Konqresinin yeni sessiyası öz işinə başlayır. Burada qeyri-adi bir şey yoxdu, amma Azərbaycan üçün maraqlı ola biləcək bir detal odur ki, parlamentin xarici siyasət məsələləri ilə məşğul olan qurumlarının rəhbərliyinə iki yeni şəxs gəlir. Onlar prezident Obamanın indiyəcən İran və Qafqaz ölkələri ilə bağlı yürütdüyü siyasətə təsir edib ona dəyişiklik etməyə çalışa bilərlər.
Bunlardan biri demokrat senator Robert Menendezdir O, parlamentin yuxarı palatasında – Senatda xarici əlaqələr komitəsinin sədri olacaq. Bu vəzifədə o, Obamanın dövlət katibi vəzifəsinə irəli çəkdiyi John Kerryni əvəzləyəcək. Aşağı palatada – Nümayəndələr Palatasında isə xarici əlaqələr komitəsinin rəhbəri vəzifəsinə respublikaçı Ed Royce gəlir. Bundan sonra bu iki şəxsin Amerikanın xarici siyasətində prioritetlərin müəyyən edilməsində rolu olacaq.
Əgər əvvəlki bəyanatlarına nəzər yetirsək, onların ABŞ-ın İranla bağlı siyasəti ilə yaxından məşğul olacaqlarını güman etmək olar. Senator Menendez bir çox demokrat həmkarlarından fərqli olaraq mübahisəli nüvə proqramına görə İrana qarşı iqtisadi sanksiyalardan çox, hərbi gücdən istifadəyə meylli görünür. O, hətta Obama administrasiyasını sanksiyalar yolunda “ilişib qalmaqda” da ittiham edib. Menendezin 2010-cu ildə Senatın xarici əlaqələr komitəsində çıxışından: “Mən İrana qarşı daha sərt sanksiyalara tərəfdaram. Çünki İran prezidenti Əhmədinejad BMT-nin 1929 saylı qətnaməsini qulaqardına vurur. Bunun bir səbəbi də var: Biz şir kimi nərildəyib küçük kimi dişləyirik. Mənə görə, biz məsələyə yanaşmanı dəyişməliyik”.
2011-ci ildə Menendez İranın Mərkəzi bankına qarşı sərt sanksiyalar layihəsinin həmmüəllifi idi. Həmin sanksiyalar 2012-ci ilin əvvəlindən qüvvəyə minib.Amma bəziləri düşünür ki, komitənin üzvü olmaq ayrı şeydir, sədri ayrı. Və Menendez yeni vəzifəsinin məsuliyyətini dərk edərək əvvəlki kimi “tarana getməyəcək”.
O ki qaldı Qafqaza, Menendez 2010-cu ildə Matthew Bryza-nın Azərbaycana səfir vəzifəsinə namizədliyinin irəli sürülməsinə nəinki etiraz etmiş, hətta öz senator səlahiyyətindən istifadə edib buna blok qoymuşdu. Bryzanın namizədliyinə Amerikadakı erməni lobbisi etiraz edirdi və onu Azərbaycan hakimiyyəti ilə şübhəli əlaqələrdə, Qarabağ məsələsində Azərbaycanı müdafiə etməkdə suçlayırdı. Menendezin seçildiyi New Jersey-də ABŞ-ın sayca ikinci böyük erməni icması yaşayır. 2009-cu ildə Menendez hətta Obama administrasiyasını “erməni soyqırımı”nı tanımağa çağıran qanun layihəsi də hazırlamışdı.
Menendez Amerikanın Azərbaycana hərbi avadanlıq satışına da etiraz etmişdi və bunun Dağlıq Qarabağ münaqişəsində ermənilərə qarşı istifadə oluna biləcəyini demişdi. Amerika Erməni Milli Komitəsi Menendezin Senat komitəsinə rəhbər gətirilməsini alqışlayıb. Amma komitə bundan da çox Ed Royce-un Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə rəhbər təyin edilməsinə sevinir. Çünki Roycenin seçildiyi Kaliforniyada ABŞ-ın sayca ən böyük erməni icması yaşayır. Royce hazırda Konqresdəki Ermənistanla bağlı məsələlər üzrə qrupun həmsədridir.
Bu da Royce-un 2011-ci ildə “erməni soyqırımı”nın ildönümü ilə bağlı Konqresdə təşkil edilən tədbirdəki çıxışından bir parça: “Bu gün dünyanın qətliamlara etiraz səsini zəiflədən bir amil də odur ki, keçmişdə baş verənlərə görə məsuliyyətini etiraf etmək istəməyənlər var. “Erməni soyqırımı”nın inkarı da bu qəbildən hərəkətdir. Buna görə də biz bu “soyqırımı”ın tanınması yönündə səylərimizi davam etdirəcəyik”.
O ki qaldı İrana, Royce bu yaxınlarda "The Washington Post" qəzetinə verdiyi müsahibədə Ağ evi İran rejiminə qarşı yumşaq davranmaqda ittiham etmiş, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə və oradakı “demokratik müxalifəti dəstəkləməyə” çağırmışdı.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyənin Azərbaycandakı səfiri "erməni soyqırımı" ilə bağlı qətnamədən danışdı

    Türkiyənin Azərbaycandakı səfiri "erməni ...

    11-04-2014, 10:57

  • 
  • Klintonu əvəz edən tapıldı

    Klintonu əvəz edən tapıldı ...

    22-12-2012, 13:34

  • 
  • Qondarma "erməni soyqırımı” layihəsində paralel hökumətin izi  - FOTO

    Qondarma "erməni soyqırımı” layihəsində ...

    13-04-2014, 13:20

  • 
  • Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ TƏYİNAT

    Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ ...

    6-06-2016, 12:30

  • 
  • Prezident İlham Əliyev ABŞ Konqresinin nümayəndəsini qəbul edib

    Prezident İlham Əliyev ABŞ Konqresinin ...

    11-08-2016, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu