GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » «Xristianofobiya» və müasir «səlib yürüş»ləri

«Xristianofobiya» və müasir «səlib yürüş»ləri

Tarix: 9-01-2013, 11:06 Bölmə :Dünya Baxış: 752
«Xristianofobiya» və müasir «səlib yürüş»ləri

Xristianliq yaxin şərqdən yox olur

Civitas – Vətəndaş Cəmiyyətinin Araşdırılması İnstitutunun (Institute for the Study of Civil Society) hesabatında deyilir ki, xristianlar dünya boyunca ən çox düşmənçiliklə üzləşən və sıxışdırılan dini qrupdur. Civitas həmçinin Afrika, Asiya və Yaxın Şərqdə xristianlara qarşı zorakılıqlara “göz bağladıqları” üçün siyasətçiləri günahlandırır. Belə bir nəticə ifadə olunur ki, Yaxın Şərqdə Xristianlığa qarşı ən böyük təhlükəni “davakar İslam” təşkil edir.
Qeyd edilir ki, Qərb siyasətçiləri irqçilikdə ittiham edilməkdən çəkindikləri üçün müsəlman ölkələrində xristianların təqibinə göz yumurlar. Hesabatda deyilir ki, Səudiyyə Ərəbistanı, Mavritaniya və İran kimi ölkələrdə İslamdan Xristianlığa keçənlər ölüm təhlükəsi ilə üzləşirlər, Yaxın Şərqdə isə belə bir hərəkətin ağır cərimə və cəzaları var. Hesabata görə, dünya boyunca 200 milyon xristian və ya bütün xristianların 10 faizi ictimai ədalətsizliklə üzləşir və təqib olunur.

Hesabatın adı – “xristianofobiya”

“Xristianofobiya” adlı bu hesabatda deyilir ki, Xristianlıq Qərbin məhsulu sayıldığına görə Yaxın Şərqdə qısqanclıqla qarşılanır. Hesabata görə, Xristianlığa qarşı ən böyük dövlət düşmənçiliyi Çində nümayiş etdirilir və bu ölkə bütün dünyada xristianların ən böyük “məhbəsçisidir”. Sənəddə Çin hökumətinin din məsələləri üzrə müşaviri Ma Hucheng-dən sitat gətirilir.
Ma Hucheng-in fikrincə, ABŞ Çində protestant kilsəsini gücləndirməklə ölkədəki sabitliyi pozmağa çalışır. “Başda Amerika olmaqla, Qərb qüvvələri, bilərəkdən Xristianlığı Çinə ixrac edir və müxtəlif qanunsuz missioner fəaliyyətinə rəvac verirlər”, - yazır Ma Hucheng.
Onun fikrincə, Xristianlıqdan Çindəki rejimin xarakterini dəyişmək və son nəticədə bu rejimi devirmək məqsədi güdülür. Bununla belə, xristianlar daha çox İslamın hakim olduğu ölkələrdə zorakılıqlarla üzləşirlər.
Corc Buşun “səlib yürüşü”

Hesabatın təxminlərinə görə, İncilin müqəddəs torpaqlarından son yüz il ərzində xristianların üçdə ikisi “ya mühacirət edib, ya da öldürülüb”. Sənəddə qeyd olunur ki, Freedom House təşkilatının hesabatına görə 20 müsəlman ölkəsindən 12-si məhz dini dözümsüzlüyə görə, “azad olmayan” ölkələr kateqoriyasına aid edilib.
Freedom House Misir, İraq, Pakistan, Nigeriya, Hindistan, Birma və Çində xristianların üzərinə dini fanatiklərin yüzlərlə basqını sənədləşdirib. Sənəddə qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra prezident George Bush-ın “səlib yürüşü” ifadəsini dilə gətirməsi Müsəlman dünyasında Xristianlığa qarşı həssaslığı daha da gücləndirib. Lakin dini dözümlülüyə ziyan vuran təkcə sözlər deyil.
2003-cü ildə İraqa hərbi müdaxilə, bu regiondakı xristianların vəziyyətini xeyli ağırlaşdırıb. 2006-cı ildə pravoslav keşiş Boulos Iskander ata oğurlanıb və boynu vurulub. 2006-2010-cu illərdə daha 17 keşiş və yepiskop oğurlanıb. Hesabatda bildirilir ki, bu kimi zorakılığı törədənlər məqsədin xristianların bu bölgədən çıxarılması olduğunu deyirlər. Ötən il Pakistanda ölkənin milli azlıqlar üzrə katolik naziri Shahbaz Bhatti qətlə yetirilib. Hesabat müəllifləri yazırlar ki, Hindistanda xristianlar əsasən hindu ekstremistləri tərəfindən təqib edilirlər.

Radio dalğasi kimi dindarliq – gah gəlir, gah itir…

Maraqlıdır ki, “Xristianofobiya” adlı bu hesabatda Xristianlığın Qərbdəki, ələlxüsus da elə Britaniyadakı vəziyyətindən bir kəlmə də deyilmir.
Halbuki, Birləşmiş Krallıqda aparılmış əhalinin son siyahıya alınmasının nəticələrinə görə Xristianlıq ən çox tənəzzülə uğramış dindir. Son on ildə ölkədə heç bir dinə qulluq etməyənlərin sayı ilk dəfə olaraq dindar xristianların sayı ilə bərabərləşib və onu ötüb. Siyahıyaalma zamanı “özünü xristian hesab edənlər”in böyük bir qismi üçünsə, dinin simvolik xarakter daşıdığı göstərilir. Baş nazir David Cameron ötən həftə Helmandda Britaniya əsgərləri ilə birlikdə Milad ibadəti edib. O, ibadət zamanı müqəddəs John-dan sitatlar gətirirərək deyib ki, “İsa Məsih bütün bəşəriyyətin işığıdır”.
“The Guardian” qəzeti xatırladır ki, David Cameron 2008-ci ildə qəzetə verdiyi müsahibədə öz anqlikanizmi barədə başqa cür danışmış, dindarlığının “ bəzən yada düşən” dindarlıq olduğunu söyləmişdi. “Mən İngiltərə Kilsəsəsinin tipik üzvüyəm” – demişdi Cameron. Öz kəskin, ezopsayağı dili ilə seçilən London meri Boris Johnson da buna bənzər bəyənatlar verib: “Mənim dindarlığım Çiltern tərəflərdə Magic FM radiosunu dinləmək kimi bir şeydir – siqnal gah gəlir, gah da itir”…
Paytaxt meri deyib ki, “biz ürəyimizdə Allaha dərindən inanırıq, lakin dini əlimizdə bayraq etmirik”. Siyasətçilər üçün din həmişə bir növ simvolizm olub.

Azərbaycan prezidentinin “yolka”si

Azərbaycandan alınan son xəbərlərdə prezident İlham Əliyevin “yolka bəzədiyi” bildirilir. Bunun özündə də bir neçə siyasi mesaj var, lakin ən mühümü, əlbəttə, Qərbə hesablanıb. Prezident, ölkəsinin Qərb dəyərlərinə bağlılığını, Azərbaycanın tolerant bir ölkə olduğunu yada salır və görəcəyiniz kimi pis də alınmayıb. İlham Əliyevin doğum günü xristianların ən əziz bayramı olan Milada təsadüf edir. Qərb dəyərlərini təbliğ edən və uşaqlara aid Amerika xeyriyyə saytlardan birində qeyd olunur ki, müsəlman ölkəsi sayılan Azərbaycanda hətta Milad nəğmələrini azərbaycanca oxuyanlar da var. “Gəlin ad günündə prezident İlham Əliyev üçün dua edək, dua edək ki, onun öz ölkəsindəki xristianlara münasibəti müsbət olsun. Dua edək ki, Miladı sülh və əmin-amanlıq içində qeyd edə bilək” – yazır sayt.

Roma papasi bieberi keçdi

Xristianlıq üçün daha bir təsəlli xəbəri var. 85 yaşlı Roma Papası Benedict bir həftə bundan əvvəl Twitter tərəfdarlarından aldığı cavabların sayına görə internet reytinqlərinin qəhrəmanı 18 yaşlı Kanada müğənnisi Justin Bieber-i ötüb. Vatikan xəbər verir ki, ilk tvit mesajını göndərəndən bəri Papaya 2 milyon 100 min cavab gəlib. Xəbər verilir ki, Papa artıq ingilis, alman, italyan, fransız, portuqal, polyak və ərəb dillərində tweet yazır. Vatikan əlavə etməyi lazım bilir ki, müqəddəs atanın tweet-ləri, əlbəttə ilahi məzmundadır.

Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ər-Riyad və Ankara Bakıda toqquşur”- Azərbaycana “dini təsir” savaşı

    “Ər-Riyad və Ankara Bakıda toqquşur”- Azərbaycana ...

    23-09-2014, 13:58

  • 
  • Dünya əhalisinin 16 faizdən çoxu “dinsiz”lərdi

    Dünya əhalisinin 16 faizdən çoxu “dinsiz”lərdi ...

    21-12-2012, 13:03

  • 
  • Dünya əhalisinin 16 faizdən çoxu “dinsiz”lərdi

    Dünya əhalisinin 16 faizdən çoxu “dinsiz”lərdi ...

    20-12-2012, 13:43

  • 
  • Dünya Bankı: Azərbaycan varlanıb, amma korrupsiya tüğyan edir

    Dünya Bankı: Azərbaycan varlanıb, amma korrupsiya ...

    4-02-2014, 13:08

  • 
  • UNİSEF qadın «sünnət»inin dayandırılmasını tələb edir

    UNİSEF qadın «sünnət»inin dayandırılmasını tələb ...

    24-07-2013, 11:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu