Munir İbrahim “Sunday Times” qəzetinə müsahibəsində bunu deyib
“Müsəlman qardaşları” lideri Böyük Britaniyada baş nazir Devid Kameronu hədələdi. "gundemxeber.az"ın məlumatına görə, təşkilatın liderin bildirib ki, əgər islam hərəkatının təqibi və qadağası baş versə, bu krallıqda terrorlara səbəb ola bilər. Bəyanat aprelin əvvəlində hakimiyyət orqanlarının təşkilatın fəaliyyəti barəsində araşdırmalara başlamasından sonra səslənib. Munir İbrahim “Sunday Times” qəzetinə müsahibəsində bildirib ki, “islam hərəkatının labüd qadağası ölkədəki bütün müsəlmanların bizim təşkilatı daha sülhməramlı qəbul etməməsinə siqnal olacaq”. Bu da öz növbəsində təcavüzə gətirib çıxara bilər,- deyə İbrahim qeyd edib. Britaniya hökuməti “Müsəlman qardaşları”ının fəaliyyəti haqqında araşdırmaya təşəbbüs edib. Bundan sonra məlum olub ki, təşkilatın partiya liderləri Misirdəki vəziyyəti müzakirə etmək üçün Londonda görüş keçirib. Qeyd edək ki, Mürsinin hakimiyyətdən uzaqlaşsırırlmasından sonra ölkədə islamçıların təqibinə başlanıldı və təşkilat terrorçu adlandırıldı. Britaniya “Müsəlman qardaşları”nın fəaliyyətinin qadağan ola biləcəyi ilk ölkə deyil. Bundan əvvəl, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ-i səfirlərini Qətərdən çağıracaqlarını bildirib. Keçən bu təşkilat Misirdə də terrorçu elan edilib.
Sorğu
Yeni dizaynımız necədir?