Misirdə dövlət idarəsini hərbi çevrilişlə ələ keçirən xunta rejimi “Müsəlman qardaşları” terrorçu elan edib
Misirdə prezident seçkisinin yaxınlaşdığı bir vaxtda hərbi xuntanın lideri, seçkinin ən favorit namizədlərindən hesab olunan general Abdülfəttah Sisi kəskin açıqlamalarla çıxış edib. Sisi, seçiləcəyi təqdirdə “Müsəlman qardaşların” artıq olmayacağını deyib. Qeyd edək ki, Misirin sabiq prezidenti Hüsnü Mübarəkin xalq hərəkatı ilə devrilməsindən sonra ölkədə keçirilən ilk prezident seçkisinin qalibi “Müsəlman qardaşların” namizədi Muhamməd Mursi olmuşdu. Ötən il isə baş qərargah rəisi general Sisi hərbi dövlət çevrilişi ilə ölkənin idarəsini ələ keçirmiş, prezident Mursini isə həbs etdirmişdi. Hazırda 1 000-ə yaxın “Müsəlman qardaşlar” təşkilatının üzvü edam tələbi ilə mühakimə olunur. General Sisi 26-27 may tarixlərdə keçirilən prezident seçkisinin qalibi olsa Misirdə 1950-ci illərdə Camal Əbdünnasir ilə başlayan hərbçi-prezident zəncirinin son halqası olacaq. Xatırladaq ki, Misirdə dövlət idarəsini hərbi çevrilişlə ələ keçirən xunta rejimi “Müsəlman qardaşları” terrorçu elan edib.
Sorğu
Yeni dizaynımız necədir?